Xıjı () — Krasnodar diyrarının Tuapsinski rayonunda yerləşən göl. Göl Krasnodar diyraının hidroloji abidəsi hesab olunur.

Etimologiyası Xıjı (Хыжъы) adıq dilindən tərcümədə «kiçik dəniz» mənasını verir. Adıqlar arasında (qismən də şapsuqlarda) göl müqəddəs hesab olunur.

Coğrafi mövqeyi Xıjı gölü Tuapsinski rayonunda, Kiçik Pseuşxo çayının hövzəsindədir. Göl Peus silsiləsinin şimal yamacında yerləşir. Rayonun böyük göllərindən birirdir. Xıjı Tuapsinski meşə təsərrüfatı ərazisinə daxil olub Kiçik Pseuşxo aulundan 2 km qərbdə yerləşir. Göl Txixuray dağının 5 km-dədir.

Formalaşması Göl özünün indiki ölçülərinə XX əsrin 80-cı illərdə çatmışdır. Buna səbəb ərazidə baş verən böyük sürüşmə səbəb olmuşdur. Sürüşmə nəticəsində Txaşomçuk çayının qollarının birinin qarşısı kəsilmişdir. Əvvələr kiçik ölçüyə malik olan bu gölün sahəsi kəskin olaraq böyümüş və müasir ölçüsünə gəlib çatmışdır.

Xarakteriskası Meydana gəlməsinə görə göl uçqun-bənd mənşəlidir. Forması ovaldır. Sahil xətti az parçalanmışdır. Gölün sahəsi 0,01 km², uzunluğu 70 metr, eni isə 50 metrdir. Gölün orta dərinliyi 15 metrdir. Gölün mərkəzində ən dərin yeri 17 metrdir.

Göl Tixixuray (924 m) dağının şərq yamacında yerləşir.Лист карты L-37-139 Туапсе. Масштаб: 1 : 100 000. Состояние местности на 1988 год. Издание 1990 г. Ətraf ərazilərdə qarışıq meşələr geniş yayılıb. Suyun rəngi yaşıldır. Bu tip göllər üçün bu rəng xarakterikdir. Açıq havalı günlərdə göl suyu mavi olur.

Göl dibi lil qatı ilə örtülüb.

Subtropik iqlim zonasında yerləşdiyinə görə göl qış aylarında donmur. Ancaq yanvar aylarında çox nazik buz qatı formalaşır. Bu da bir-iki həftə çəkir. Qış aylarının orta aylıq temperaturu 10 °C, yayda isə 28 °C olur.

Bitki və heyvanat aləmi Heyvanat aləmi yetərincə zəngindir. Kiçik ölçüsünə baxmayaraq göldə xərçəng və balıqlar yetərincə çoxdur. Göl ərtafında qızılağac, əsməqovaq, fıstıq ağacları geniş yayılıb.

Turizm Xıjı gölü rayonun ən çox turist cəlb edən göllərindən biridir. Rekreasiya baxımdan göl böyük potensiala malikdir. Göl yaxınlığında turistlər üçün dayanacaqlar inşa edilib. Balıq tutmaq üçün bir neçə taxta körpülər var.

İstinadlar

Kateqoriya:Rusiya gölləri Kateqoriya:Krasnodar diyarı gölləri