Tamara Qriqoryevna Abakeliya (, ) — Gürcüstan-sovet heykəltəraşı, teatr rəssamı, qrafik rəssamı, qrafik dizayneri.

Məşhur həkim və ictimai xadim İoseb Abakelianın (1882–1938) qardaşı qızıdır.

Həyatı Tamara Abakeliya 19 avqust 1905-ci ildə Gürcüstanın qərbində, İmereti bölgəsində Xoni qəsəbəsində anadan olmuşdur. İlk təhsilini doğma kəndində almışdır. Sonra rəssamlıq təhsilini almaq üçün Tbilisiyə yollanmışdır. Tamara Abakeliya 1924–1929-cu illərdə N.P.Kandelaki, E.E.Lansere və Y.İ.Nikoladzenin də dərs verdiyi Tbilisi Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Teatr və dekorativ rəngkarlıq sahəsində K.A.Marcanişvilinin rəhbərliyi altında işləməyə başlayır.

1932–1934-cü illərdə Lado Mesxişvili adına Kutaisi Gürcü Teatrının rəssamı idi. 1942-ci ildən Sov.İKP üzvü olub. Məşhur rəsmləri arasında "İmeretili oğlan" (1928), "Nar toplamaq" (1930), "Xoşbəxt ailə" (1936), "Vintec" (1946, Gürcüstan İncəsənət Muzeyi, Tbilisi) vardır..

Abakeliya yaradıcılığında rəngarlıqla yanaşı qrafik əsərlər, binaların xarici və daxili tərtibatı, tamaşa deorasiyaları, kitab illüstrasiyaları, film dekorasiyaları yaratmaqla da məşğul olub. O, Gürcüstanla yanaşı, SSRİ-nin digər respublikalarında da çalışıb. Tamara Abakeliyanın Tbilisi Marksizm-Leninizm İnstitutunun Gürcüstan şöbəsinin binasında yaratdığı friz Tbilisi şəhərinin görkəmli memarlıq nümunələrindən sayılır. O, binanın xarici hissəsini bəzəkli çərçivəyə salaraq, üfüqi zolaqlı lent şəklində dekorativ elementlərlə gözəlləşdirmişdir. Bina Sovet memarlıq məktəbinin nadir nümunələri sırasına daxildir.

Abakeliyanın atası, Gürcüstan SSR-in baş prokuroru Qriqol Abakeliya və əmisi gürcü məşhur vərəm həkimi İoseb Abakeliya 1938-ci ildə İosif Stalinin Böyük təmizləməsi zamanı güllələnmişdilər. O, Sosialist şair və dramaturq Karlo Kaladze ilə evli idi (1907–1988). Onun Kaladzeden heykəltaraş Gulda Kaladze adlı oğlu var idi.

Tamara Abakeliya 14 may 1953-cü ildə Tiflis şəhərində qəflətən vəfat edib. O, Tiflisdəki məşhur Didube panteonunda dəfn edilib.

Tiflisdəki küçələrdən biri Tamara Abakeliyanın adını daşıyır.

Mükafatları Tamara Abakeliya Gürcüstan SSR əməkdar artisti (1942) və Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

Heykəltəraşlıq əsərləri 1936–1937-ci illər — Friz, Tbilisi Marksizm-Leninizm İnstitutunun Gürcüstan şöbəsinin binasında 1952-ci il — Lesya Ukrainka abidəsi, Surami

Qrafik əsərləri

Kitablar üçün illüstrasiyalar 1935 — N. Tixonovun "Kaxeti haqqında şeirlər" kitabınaТихонов Н. Стихи о Кахетии / Илл. Абакелия. — М.: Сов. писатель, 1935. — 40 с — 10200 экз.; 1936–37 — Ş.Rustavelinin "Panter dərisindəki cəngavər" əsərinəРуставелі Ш. Витязь в тигровій шкурі: Поема / Переклад з грузинської та передмова М. Бажана; Ілюстрації художниці Т. Абакелія. — К.: Дніпро, 1983. — 247 с.; 1947 — Vaja Pşavelanın əsərlərinə;; 1949 — N. Tixonovun "Gürcüstan haqqında şeirlər" kitabına (V. Avaliani ilə birlikdə)Тихонов Н. Стихи о Грузии / Илл. Т. Абакелия и В. Авалиани. — Тбилиси: Заря Востока, 1949. — 110 с — 10000 экз..

Tamaşaların dekorasiyası Kote Marcanişvili adına Tbilisi Akademik Teatrı: 1930 — "Çöldə komuna" (rej. Qoqoberidze) 1935 — "Şamil" (rej. Anatze və Çevidze) 1947 — "Lali"(rej. Kuşitaşvili) 1953 — "Lali" (rej. Kuşitaşvili və Kobaxidçe)

Rustaveli Milli Teatrı: 1938 — "Paladuri" (rej. Sereteli) 1944 — "Maral dərəsi" (rej. Vasadze) 1945 — "Xevisberi Qoça" (rej. Çelidze)

Tbilisi Dövlət Opera və Balet Teatrı: 1938 — "Maltakva"

Film dekorasiyası 1937 — Arsen 1942 — Georgi Sakaadze — kostyum dizayneri 1945 — David Quramişvili — kostyum dizayneri 1998 — Mona və Blupers

İstinadlar

Ədəbiyyat Джапаридзе Г. Д. Т. Г. Абакелия — М.: Советский художник, 1957. Падалка М. Скульптор Тамара Абакелія // Україна. — 1950. — № 2. Пиралишвили О. Д. Абакелия — М., 1957.

Xarici keçidlər АБАКЕЛИЯ ТАМАРА ГРИГОРЬЕВНА Биография

Kateqoriya:SSRİ film rəssamları Kateqoriya:SSRİ heykəltaraşları Kateqoriya:Tbilisi Rəssamlıq Akademiyasının məzunları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Qadın heykəltaraşlar Kateqoriya:SSRİ rəssamları