Albom haqqında "Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu. Həm Azərbaycan, həm də Sənsiz mahnısının musiqisi Hüseyn Abdullayevə, sözləri isə Zülfiyyə xanımın artıq bir çox mahnılarına söz yazmış İsmayıl Dadaşova aid idi.

Mahnıların siyahısı

Albomdan çıxan videolar

2003 Sənsiz 2004 Azərbaycan 2004 Səninlə 2005 Ayrılığa Dözərəm kliplərin rejissoru Fuad Əlişov oldu''

Hitparadlarda mahnıların vəziyyəti Mahnının adı Hitparadın adı Ən yüksək zirvə Sənsiz Həftənin 40 anı(ANS ÇM)10lar(ATV)Space Bazar(Space) 1 1 1 Azərbaycan Həftənin 40 anı(ANS ÇM)10lar(ATV)Space Bazar(Space) 1 1 1 Şərq, Qərb Həftənin 40 anı(ANS ÇM)10lar(ATV)Space Bazar(Space) 3 - 2 Səninlə Həftənin 40 anı(ANS ÇM)10lar(ATV)Space Bazar(Space) 1 1 1 Bilmirəm Həftənin 40 anı(ANS ÇM)10lar(ATV)Space Bazar(Space) 2 - 1 Ayrılığa Dözərəm Həftənin 40 anı(ANS ÇM)10lar(ATV)Space Bazar(Space) 1 1 1

Xarici keçidlər

Rəsmi səhifəsi Rəsmi YouTube Kanalı Facebook-da

Kateqoriya:Zülfiyyə Xanbabayeva albomları