Orxan Etibar oğlu Bayramov () — azərbaycanlı rejissor, ssenarist, prodüser.

Həyatı Orxan Bayramov 15 aprel 1985-ci ildə Lənkəran rayonunun Boladı kəndində dünyaya gəlib. 1991–2002-ci illərdə orta təhsilini Boladi kənd Şəhid Nahir Axundov adına 1 saylı orta məktəbdə almışdır. 2003–2004-cü illərdə hərbi xidmətdə olmuşdur.

2005–2010-cu illərdə Azərbaycan Dövlət Maliyyə-İqtisad Kollecində Maliyyə və Kredit fakültəsində orta-ixtisas təhsili almışdır. 2010–2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsində ali təhsil almışdır.

2009-cu ildən 2014-cü ilə qədər Azərbaycan Kapoeyra Federasiyasında müəllimlik etmiş və yaradıcılıq işləri ilə məşğul olmuşdur.

Yaradıcılıq illəri 2010-cu illərdən başlayır. 2010–2013-cü illərdə özü tərəfində yaradılan Yarasa Film şirkətində ssenari müəllifliyini və quruluşçu rejissorluğunu etdiyi "Ölümün Döngəsində", "Ölümün Döngəsində 2" və "Pul Kisəsi" filmlərini ərsəyə gətirir. Azərbaycan Kapoeyra Federasiyasında çalışdığı vaxtlarda "Sport Service Company" ilə birgə ssenari müəllifi və quruluşçu rejissorluğunu etdiyi "Ekoloji Missiya" () və "Ölümün Döngəsində 3" () adlı iki qısametrajlı filmlərini ərsəyə gətirir.

2015-ci ildə "Yarasa Film" şirkətinin adını "Yarasa Art Pictures"lə əvəz edir və ilk peşəkar film karyerasına qədəm qoyur. 2015–2017-ci illərdə Azərbaycan və Türkiyənin ortaq layihəsi olan, ssenarisi Eren Azaka məxsus olan "Bir zamanlar Şəkidə" () adlı ilk tammetrajlı bədii filmini ərsəyə gətirir.

"Öldür-Öldür" ("Kill Kill") adlı qısametrajlı filmi NAFCo (NORTHERN APPALACHIAN FILM COLLECTIVE) Winter Film Festivalının "Judges Awards Drama" nominasiyasının qalibi olub.

Ailəlidir, bir oğlan övladı var.

Filmoqrafiya

Qısametrajlı filmlər İl Ad Rejissor Ssenarist Prodüser Qeydlər 2011 Ölümün Döngəsində (ing-Turn of Death) 2012 Ölümün Döngəsində 2" (ing-Turn of Death 2) 2013 Pul Kisəsi 2013 Ekoloji Missiya (film, 2013) Official selected- First-Time Filmmaker Sessions, Zeitimpuls shortfilm, Lahore International Children's Film Festival 2014 Ölümün Döngəsində 3" (ing-Turn of Death 3) ( film, 2014) Official selected- First-Time Filmmaker Sessions 2018 Münacat 2020 The Apricots 2020 Run Run (film, 2020) Official selected- First-Time Filmmaker Sessions,The Lift-Off Sessions 2020 Kill Kill (film, 2020) Nominated- GOLD COAST INTERNATIONAL FILM FESTIVAL, Winner-NAFCo Film Festival 2021 Kill Ashot Post-production

Tammetrajlı filmlər İl Ad Rejissor Ssenarist Prodüser Qeydlər 2017 Bir zamanlar Şəkidə (film, 2017) Həm də Kastinq Direktorudur 2022 Narkodiller (film, 2022) Pre-production

Sənədli filmlər İl Ad Rejissor Ssenarist Montaj Qeydlər 2014 Eşq səfəri Winner- Arbaeen Int’l Festival"28 MALL CINEMA"da "Eşq səfəri" sənədli-bədii filmin təqdimatı keçirilib. 2020 Qədim yurd yerimiz Gədəbəy

Aktyor kimi rolları İl Ad Rol 2011 Ölümün Döngəsində (ing-Turn of Death) Məcnun 2012 Ölümün Döngəsində 2" (ing-Turn of Death 2) Sərhəd Polisi 2013 Pul Kisəsi Oğru 2014 Ölümün Döngəsində 3" (ing-Turn of Death 3) ( film, 2014) Əsir 2015 Cəhd Döyüşçü 2017 Bir zamanlar Şəkidə (film, 2017) Xüsusi təyinatlı Polis 2020 The Apricots Erməni mafiya başçısı 2020 Run Run (film, 2020) Cinayətkar 2021 Kill Ashot Erməni və Azərbaycan əsgəri

Festivallar "Eşq səfəri" sənədli filmi 2017-ci ildə Tehranda 3-cü "Beynəlxalq Ərbəin Foto və Video Mükafatı" () Beynəlxalq Film Festivalının qalibi olub.

"Öldür-Öldür" ("Kill Kill") adlı qısametrajlı filmi 2021-ci il Fevralın 26–28-də keçirilən və ABŞ-nin Nyu-York, Pensilvaniya, Ohayo, Merilend və Virciniya ştatlarını əhatə edən NAFCo (NORTHERN APPALACHIAN FILM COLLECTIVE) Winter Film Festivalının qısa dram filmlər arasında "Judges Awards Drama" nominasiyasının qalibi olub. Festivala 93 ölkədən 1800 film təqdim olunub.

"Ekoloji Missiya" ("Ecological Mission") qısametrajlı filmi 2021-ci il martın 4-ü "Zeitimpuls shortfilm" və "Lahore International Children's Film Festival" festivallarında "Official Selection" nominasiyası üzrə seçilmişdir. "Öldür-Öldür" ("Kill Kill") adlı qısametrajlı filmi martın 6-da ABŞ-nin Nyu-York ştatında keçirilən "Gold Coast International Film Festival"ın qısa dram filmləri arasında "Semi Finalist" nominasiyasına qədər yüksəlib. Film "timelapse" üslubunda çəkilib.

"Run Run" qısametrajlı filmi də həmin gündə (6 mart) "The Lift-Off Sessions" festivalının, martın 11-i isə "First-Time Filmmaker Sessions" festivalının "Official Selection" nominasiyası üzrə seçilmişdir.

Həmçinin bax Elmar Bayramov Elçin Ağazadə Rüfət Alıyev

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan talışları Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycanlı rejissorlar Kateqoriya:Azərbaycan ssenaristləri Kateqoriya:Azərbaycan prodüserləri Kateqoriya:Azərbaycan dilində yazan yazıçılar Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Azərbaycan kinoprodüserləri Kateqoriya:Azərbaycan yazıçıları