Sitkinak adası () — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində, Kadyak adasından cənubda yerləşən ada. Kadyak arxipelaqına daxildir. Tuqidak adası ondan qərbdə yerləşir. Bu iki böyük ada, eləcə də bir sıra kiçik adalar birlikdə Triniti adalarını təşkil edir. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kodyak-Aylend borosuna aiddir. İlk dəfə 1826-cı ildə rus qütb tədqiqatçısı Sarıçev tərəfindən qeydə alınır. Daha sonra 1827-ci ildə admiral İvan Kruzenştern tərəfindən qeyd edilmiş və nəhayət 1852-ci ildə rus hidroqrafı Tebenkov tərəfindən müasir adla xəritəyə salınmışdır.
Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir. Adanın sahəsi 235,51 km²-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 61 m yüksəklikdədir. Daimi əhali yoxdurSitkinak Island: Block 1019, Census Tract 1, Kodiak Island Borough, Alaska U.S. Census Bureau . İstinadlar
Kateqoriya:Kadyak arxipelaqı Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları