Aleks Kross — 2012-ci ildə rejissor Rob Koen tərəfindən çəkilmiş və baş rollarda Tayler Perri və Metyu Foksun çəkildiyi Amerika kriminal triller filmi. Mark Mossun ssenarisindən uyğunlaşdırılan filmin ssenari müəllifi Kerri Uilyamsondur. Film Ceyms Pattersonun yaratdığı Aleks Kross obrazı haqqında üçüncü filmdir. Kross daha əvvəl Morgan Freeman tərəfindən 1997-ci ildə çəkilmiş “Kiss the Girls” və 2001-ci ildə çəkilmiş bir “Along Came a Spider” filmlərində yaradılmışdır. 2010-cu ildə İdris Elbanın bu obrazı canlandırması razılaşdırılsa da, sonradan Friman yenidən obrazı canlandırıb. Filmin çəkilişləri 2011-ci ildə tamamlanıb. ABŞ-dən başlayaraq 29 oktyabr 2012-ci ildən efirlərə buraxılmışdır.
Süjet xətti
Nüfuzlu xəfiyyə Aleks Kross silsilə qətllər törədən qatilin izinə düşüb. Araşdırma nəticəsində cinayətkarın “adamöldürmə üslubu” Qəssab ləqəbli qəddar manyakın “dəsti-xəttinə” bənzəyir. Kross sifarişli qətllərdən birinin icrasına mane olduğu üçün, Qəssab polisin hamilə arvadını öldürərək yoxa çıxır. Doğurdanmı o qayıdıb? Kross artıq təkcə vəzifə borcunu yerinə yetirmir, onun üçün bu araşdırma artıq şəxsi “vendettaya” çevrilib.
İstinadlar
Kateqoriya:2012-ci ilin ABŞ filmləri Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:ABŞ-nin detektiv filmləri Kateqoriya:İngilis dilində müəmma triller filmləri Kateqoriya:ABŞ-nin cinayət triller filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Summit Entertainment filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:İngiliscə kriminal triller filmləri Kateqoriya:Detektiv romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin seriyalı qatil filmləri Kateqoriya:Polis məmurları haqqında filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:Rebut filmlər Kateqoriya:Afroamerika filmləri Kateqoriya:Rendell Emmettin prodüseri olduğu filmlər Kateqoriya:Detroyt haqqında filmlər Kateqoriya:Uydurmada Detroyt Polis Departamenti