Avropada vəhşi fauna və floranın və təbii yaşayış yerlərinin mühafizəsi haqqında Konvensiya (), və ya Bern Konvensiyası () — Avropada vəhşi fauna və floranın və təbii yaşayış mühitinin mühafizəsi üzrə beynəlxalq müqavilə. Konvensiya həm yaşayış mühitinin, həm də mühafizə edilməli olan flora və fauna növlərinin mühafizəsi, qadağan edilməli olan ov üsulları və balıq ovu vasitələri ilə bağlı müddəaları ehtiva edir.
Qəbul olunma tarixi Bern Konvensiyası Avropa Şurası tərəfindən hazırlanmışdır. Konsepsiyanın yaradılması haqqında qərar 1976-cı ildə Avropa Şurası Nazirlər Şurasının qərarı ilə qəbul edilib. Konvensiya 1979-cu il sentyabrın 19-da Berndə keçirilən Ətraf Mühit Nazirlərinin 3-cü Avropa Konfransında imzalanmaq üçün açılmışdır. 1982-ci il yanvarın 1-dən qüvvəyə minmişdir. Qərargahı Strasburqda (Fransa) yerləşir.
İndi konvensiyanı Avropa Şurasının üzvü olan 40 dövlət, həmçinin Avropa İttifaqı, Burkina Faso, Mərakeş, Tunis və Seneqal imzalayıb.
Əlcəzair, San Marino, Kabo-Verde, Vatikan və Rusiya konvensiyanı imzalamamış və onun icraiyyə komitəsinin iclaslarında müşahidəçi statusuna malik ölkələrdir.
Proqram həmçinin nəsli kəsilməkdə olan növlərin statusuna nəzarət edir və qanunvericilik və elmi yardım göstərir.
Məqsədlər və vəzifələr vəhşi fauna və floranın və təbii yaşayış mühitinin mühafizəsinin təmin edilməsi; beynəlxalq əməkdaşlığın təşviqi; nadir və ən həssas növlərə, o cümlədən köçəri növlərə xüsusi diqqət yetirilməsi; təbiətin mühafizəsi sahəsində dövlətlər arasında əməkdaşlığın təşviqi; nəsli kəsilməkdə olan növlərin vəziyyətinin monitorinqi və nəzarəti; təbiətin mühafizəsi üzrə qanunvericilik aktlarının nəşrinə və elmi tədqiqatların aparılmasına köməklik.
Xarici keçidlər https://web.archive.org/web/20040603033857/http://www.nature.coe.int/english/cadres/bern.htm Council of Europe environment and sustainable development Web site Текст конвенции
Kateqoriya:Beynəlxalq konvensiyalar Kateqoriya:Flora Kateqoriya:Avropa təbiəti Kateqoriya:1982-ci ildə ətraf mühit Kateqoriya:Albaniyanın müqavilələri Kateqoriya:Almaniya Federativ Respublikasının müqavilələri Kateqoriya:Andorranın müqavilələri Kateqoriya:Avropa Şurasının konvensiyaları Kateqoriya:Avstriyanın müqavilələri Kateqoriya:Azərbaycanın müqavilələri Kateqoriya:Belarusun müqavilələri Kateqoriya:Belçikanın müqavilələri Kateqoriya:Birləşmiş Krallığın müqavilələri Kateqoriya:Bolqarıstanın müqavilələri Kateqoriya:Bosniya və Herseqovinanın müqavilələri Kateqoriya:Burkina-Fasonun müqavilələri Kateqoriya:Çexiyanın müqavilələri Kateqoriya:Danimarkanın müqavilələri Kateqoriya:Ermənistanın müqavilələri Kateqoriya:Estoniyanın müqavilələri Kateqoriya:Finlandiyanın müqavilələri Kateqoriya:Fransanın müqavilələri Kateqoriya:Gürcüstanın müqavilələri Kateqoriya:İrlandiyanın müqavilələri Kateqoriya:İslandiyanın müqavilələri Kateqoriya:İspaniyanın müqavilələri Kateqoriya:İsveçin müqavilələri Kateqoriya:İsveçrənin müqavilələri Kateqoriya:İtaliyanın müqavilələri Kateqoriya:Kiprin müqavilələri Kateqoriya:Latviyanın müqavilələri Kateqoriya:Litvanın müqavilələri Kateqoriya:Lixtenşteynin müqavilələri Kateqoriya:Lüksemburqun müqavilələri Kateqoriya:Macarıstanın müqavilələri Kateqoriya:Maltanın müqavilələri Kateqoriya:Mərakeşin müqavilələri Kateqoriya:Moldovanın müqavilələri Kateqoriya:Monakonun müqavilələri Kateqoriya:Monteneqronun müqavilələri Kateqoriya:Niderlandın müqavilələri Kateqoriya:Norveçin müqavilələri Kateqoriya:Polşanın müqavilələri Kateqoriya:Portuqaliyanın müqavilələri Kateqoriya:Rumıniyanın müqavilələri Kateqoriya:Seneqalın müqavilələri Kateqoriya:Serbiyanın müqavilələri Kateqoriya:Şimali Makedoniyanın müqavilələri Kateqoriya:Slovakiyanın müqavilələri Kateqoriya:Sloveniyanın müqavilələri Kateqoriya:Tunisin müqavilələri Kateqoriya:Türkiyənin müqavilələri Kateqoriya:Ukraynanın müqavilələri Kateqoriya:Xorvatiyanın müqavilələri Kateqoriya:Yunanıstanın müqavilələri