Azərbaycan — 2022-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIV Qış Olimpiya Oyunlarında. Azərbaycan XXIV Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu.

Nəticələri Fiqurlu konkisürmə

Q — növbəti mərhələyə adladı

Bu idman növü üzrə turnirlərdə Azərbaycanı Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil etdi.

Bu idman növü üzrə turnir 4-20 fevralda baş tutdu. Kişilərin turnirində çıxış edən Vladimir Litvintsev fevralın 8-də qısa proqramda çıxış etdi. 85.16 balla 30 idmançı sırasında 18-ci pillədə qərarlaşan Vladimir Litvintsev növbəti mərhələyə vəsiqə qazandı. Fevralın 10-da baş tutan sərbəst proqramda Vladimir Litvintsev 80.76 balla mərhələni 24 idmançı sırasında 18-ci pillədə bitirdi. Ümumi nəticədə isə Vladimir Litvintsev 240.20 balla olimpiadanı 18-ci pillədə başa vurdu.

Qadınların turnirində çıxış edən Yekaterina Ryabova fevralın 15-də qısa proqramda çıxış etdi. 62.82 balla 30 idmançı sırasında 16-cı pillədə qərarlaşan Yekaterina Ryabova növbəti mərhələyə vəsiqə qazandı. Fevralın 17-də baş tutan sərbəst proqramda Yekaterina Ryabova 118.16 balla mərhələni 25 idmançı sırasında 15-ci pillədə bitirdi. Ümumi nəticədə isə Yekaterina Ryabova 180.98 balla olimpiadanı 15-ci pillədə başa vurdu.

İdmançıYarışQısa proqramSərbəst proqramÜmumiNəticəYerNəticəYerNəticəYerVladimir LitvintsevKişilər85.1618 Q155.0418240.2018Yekaterina RyabovaQadınlar62.8216 Q118.1615180.9815

İstinadlar

Kateqoriya:İllərinə görə Azərbaycan Qış Olimpiya Oyunlarında Kateqoriya:2022-ci ildə Azərbaycanda idman Kateqoriya:Ölkələr 2022 Qış Olimpiya Oyunlarında