Medelin Klayn (; ) — amerikalı aktrisa və model.

Həyatı Klayn 21 dekabr 1997-ci ildə əmlakçı Pem və mühəndis Markın qızı olaraq Cənubi Karolinanın Quz-Qrek şəhərində dünyaya gəldi. Qısa müddət universitetdə oxudu. Amma sonradan təhsilini yarımçıq qoyub aktrisalıq fəaliyyətini davam etdirmək üçün Los-Ancelesə köçdü.

Karyerası Klayn ilk dəfə T-Mobile və Sunny D kimi şirkətlərin reklam çarxlarında çəkilmişdir. "Oğlan silindi" və "Direktor müavinləri" filmləri ilk film təcrübəsi olmuşdur. Həmçinin "Orijinallar" və "Qəribə şeylər"də kiçik rollar almışdır.

Klayn ilk mövsümü 2018-ci ildə yayımlanan "Xarici banklar" serialında Sara Kameron rolunu canlandırmışdır. Klayn 2020-ci ilin sentyabr ayında "İsti şeylər" adlı sinqlın musiqi videosunda rol almışdır. O, "Bıçaqları çıxışı 2" filmində də rol almışdır.

Şəxsi həyatı 2020-ci ilin iyun ayında "Xarici banklar" serialındakı rol dostu olan Çeyz Stokz ilə münasibətdə olduğunu açıqladı. 2021-ci ilin oktyabrında cütlüyün ayrıldığı məlum oldu.

Filmoqrafiya +FilmİlBaşlıqRolQeyd201123-cü məzmur: QurtuluşMaya Smit2016Savanna şəfəqiUillov2018Oğlan silindiKloi2021Bu gecəSofia Larokka2021Buzları nə qırarEmili2022Bıçaqların çıxışı 2TBA

+TeleviziyaİlBaşlıqRolQeyd2016MünsifQreysi AleksanderTelefilm2016–2017Direktor müavinləriTaylor Vot3 seriya2017OrijinallarCessika3 seriya2017Qəribə şeylərTina3 seriya2020–presentXarici banklarSara KameronBaş rol2020Gündən günəDeyzi (səs)İnternet serialı; seriya: "Vinni, Betti və..."

+Musiqi videolarıİlBaşlıqMüğənniRol2020İsti şeylərKygoÖzü

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1997-ci ildə doğulanlar Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:Amerikalılar Kateqoriya:Cənubi Karolinada doğulanlar Kateqoriya:ABŞ-də doğulanlar Kateqoriya:21 dekabrda doğulanlar Kateqoriya:Aktrisalar Kateqoriya:ABŞ aktyorları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:Uşaq aktyorlar