Aleksey Qriqoryeviç Staxanov (; ) — kömür sənayesi yenilikçisi, mədən mühəndisi, Sosialist Əməyi Qəhrəmanı (1970), 1936-cı ildən Sov.İKP üzvü.
Həyatı Aleksey Staxanov əmək fəaliyyətinə 1917-ci ildə başlamışdır. 1927-ci ildən kömür sənayesində çalışmışdır. 1935-ci ilin avqustunda işlədiyi "Mərkəzi-İrminov" şaxtasında (Kadiyevka, indiki Staxanov şəhəri) növbə ərzində 102 ton (normadan 14 dəfə artıq) kömür çıxarmışdı. Staxanovun əmək qələbəsi ilə bütün ölkədə kütləvi sosializm yarışının yeni mərhələsinin — Staxanov hərəkatının başlanğıcı qoyulmuşdur. SSRİ Ali Sovetinin (1-ci çağırış) deputatı olmuş, 2 dəfə Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir. Kadiyevka şəhəri 1978-ci ildən onun şərəfinə Staxanov adlandırılmışdır.
Həmçinin bax Staxanov hərəkatı Staxanov mayı (film, 1936)
Ədəbiyyat С.Гершберг. Стаханов и стахановцы. М.: 1981.
Mənbə
İstinadlar
Xarici keçidlər
Kateqoriya:SSRİ mədənçiləri Kateqoriya:SSRİ Ali Sovetinin I çağırış deputatları Kateqoriya:Ukraynanın əlil şəxsləri Kateqoriya:ÜİK(b)P-nin XVIII qurultayının nümayəndələri