Samuil Yakovleviç Adlivankin (; ) — Rusiya və SSRİ rəssamı.

Həyatı Samuil Yakovleviç Adlivankin 7 iyul 1897-ci ildə Rusiya imperiyasında Mogilyov quberniyasının Tatarsk kəndində anadan olmuşdur. O, 1912–1917-ci illərdə Odessa Teatr və İncəsənət Məktəbində və 1918–1919-cu illərdə Vladimir Tatlin yanında Dövlət Azad Rəssamlıq Emalatxanalarında təhsil almışdır. Adlivankin əvvəlcə futurizm ruhunda yarımabstrakt rəsm əsərləri çəkmişdir ("B. A. portreti", 1918). O, "Yeni Rəssamlar Cəmiyyəti" ("Bıçaq"; 1921–1924) dərnəyinin yaradıcılarından biri olmuşdur. Adlivankin bu illərdə əsərlərinin ən orijinalını, sadəlövh sənət tərzində həllini, ironik lirik əhval-ruhiyyəsini yaratmışdır ("Ailə ilə avtoportret", "Tramvay B"; hər ikisi – 1922), sonralar OST ("Gənc təyyarə modelçiləri", 1932, Rusiya muzeyi) və standart sosialist realist əsərləri ("V. İ. Lenin və M. Qorki Kapridə", 1939, İnqilab muzeyi, Moskva) ruhunda rəsmlərə keçmişdir. O, 1931-ci ildən İzobriqadalar Cəmiyyətinin üzvü, kitab və jurnal rəssamı, "Soyuzdetfilm" studiyası üçün kino rəssamı işləmiş, 1938–1939-cu illərdə Ümumittifaq Kənd Təsərrüfatı Sərgisinin tərtibatında iştirak etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Соловьёв В. Д. Русские художники XVIII—XX веков. — Эксперт-клуб, 2005. — ISBN 5-98881-004-7.

Xarici keçidlər

Биография Примеры работ

Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:XX əsr rəssamları Kateqoriya:Rusiya rəssamları