Şanidar — İraqın Ərbil mühafəzəsində neandertalların qalıqlarının aşkar edildiyi mağara. Tapıntıların təxmini yaşı 50–70 min ildir. Zaqros dağlarında yerləşir.

Üst Paleolitdə burada Zarzi mədəniyyətinə aid müasir tipli insanların məskəni yaranmışdır.

Epipaleolit dövründə (e.ə. IX minillik) ən qədim əkinçilik mədəniyyəti olan Şanidar-Kərim-Şahir mədəniyyətinin təbəqələrinə burada rast gəlinmişdir.

2006-cı ildə əvvəllər mağarada tapılan sümüklər arasında Şanidar-10 təyinatı ilə neandertala aid ayaq sümükləri tapılmışdır. // Journal of Human Evolution. Volume 53, Issue 2, August 2007, Pages 213—223 // Journal of Human Evolution. Volume 53, Issue 2, August 2007, Pages 213—223

21 sentyabr 2018-ci ildə Britaniya arxeoloqları Şanidar mağarasında (Şanidar-11 və Şanidar-12) iki yetkin neandertalın qalıqlarının aşkar edildiyini elan etmişdilər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İraqdakı arxeoloji abidələr Kateqoriya:Paleolit Kateqoriya:Mezolit Kateqoriya:Neolit Kateqoriya:İraq mağaraları Kateqoriya:Qədim Yaxın Şərq