Teo Ceyms (; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (); ) — ingilis kino və televiziya aktyoru.
Erkən həyatı və təhsili
Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub.Young, Susan (9 September 2011). "James' 'Stranger' Role Leads to 'Bedlam' TV's Top 10: New Faces for Fall Theo James" . Variety; retrieved 27 February 2013. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb.
Şəxsi həyatı
Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır. O, bundan sonra qaçqınların hüquqlarının tərəfdarı olmuş və Suriya vətəndaş müharibəsi nəticəsində didərgin düşmüş insanlara daha çox humanitar yardım göstərilməsinə çağırmışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İngiltərə aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Britaniya musiqiçiləri