Stefanos Evangelu (; ) — Yunanıstan futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın müdafiəçisi.

Karyera Stefanos Evangelou "Panatinaikos"un yetirməsidir. O, 2016/17 mövsümündə əsas komanda ilə məşqlərə başlamışdır. Evangelou 15 yanvar 2017-ci ildə Yunanıstan çempionatında "AEK" ilə qarşılaşmada debüt etmiş, start heyətində meydana çıxmış və bütün matçı meydanda keçirmişdir. Ümumilikdə debüt mövsümündə 8 görüş keçirib, onlardan yeddisində start heyətdə yer alıb.

Evangelu 2018-ci ilin may ayında Yunanıstanın digər klubu "Olimpiakos"la müqavilə imzalamışdır.

Evangelu Yunanıstanın müxtəlif yaşlarda gənclər yığmalarının oyunçusu olmuşdur. O , 2015-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatında iştirak etmişdir.

İstinadlar

Kateqoriya:Yunanıstan futbolçuları Kateqoriya:Panatinaikos FK futbolçuları Kateqoriya:Şerif Tiraspol FK futbolçuları Kateqoriya:Futbol müdafiəçiləri Kateqoriya:Osiyek FK futbolçuları Kateqoriya:Legioner Yunanıstan futbolçuları Kateqoriya:Xorvatiya Futbol Liqası futbolçuları Kateqoriya:Macarıstan futbol çempionatının futbolçuları Kateqoriya:Ekstraklasa futbolçuları Kateqoriya:Olimpiakos FK futbolçuları