Kiçik su pərisi () – Danimarkanın Kopenhagen şəhərindəki qayanın üzərində nümayiş etdirilən heykəl.

Haqqında Hündürlüyü 1,25 metr və çəkisi 175 kiloqramdır. Heykəl 1960-cı illərin ortalarından bəri müxtəlif səbəblərdən dəfələrlə zədələnmiş və deformasiyaya uğramış, lakin hər dəfə bərpa edilmişdir.

Tarixi Heykəltəraş Edvard Eriksen 23 avqust 1913-cü ildə açılışı olan bürünc heykəli yaratmışdır. Balerina çılpaq şəkildə modelləşdirməyə razı olmadığı üçün heykəltaraşın həyat yoldaşı Eline Eriksenin bədən fiqurlarından istifadə olunmuşdur.

Xarici keçidlər Alter schützt Meerjungfrau nicht vor Rabauken The Little Mermaid

Kateqoriya:1913-cü ilin əsərləri Kateqoriya:Kopenhagen abidələri Kateqoriya:Qadın heykəlləri Kateqoriya:Vandalizmə məruz qalmış sənət əsərləri Kateqoriya:Danimarkadakı heykəllər Kateqoriya:Çılpaq heykəllər