Maqnus Karlsen () — Norveç şahmatçısı, qrosmeyster (2004), 5 qat Dünya Şahmat Çempionu, 4 qat Dünya Sürətli Şahmat Çempionu, 6 qat Dünya Blitz Şahmat Çempionu.
Karlsen 2011-ci il iyulun 1-dən FİDE-nin dünya şahmat reytinqində 1-ci yerdədir və dünyanın ən yüksək reytinqli oyunçusu kimi Harri Kasparovdan (255 ay) sonra ikincidir. Ən yüksək reytinqi 2882-dir, tarixdə ən yüksək reytinqdir.
Həyatı Maqnus Karlsen 30 noyabr 1990-cı ildə Tonsberqdə anadan olub.
2008-ci ildə Veyk-an Zee və Linares turnirlərində ikinci yeri tutmaqla öz potensialını bir daha sübuta yetirib. Dünya reytinqində durmadan irəliləyir, hazırda "onluğun" 1-ci pilləsindədir.
Reytinqi FİDE-nin 2026-ci il mart ayının 1-nə olan reytinq sıralamasında 2840 ELO xalı ilə 1-ci sırada qərarlaşıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Norveç şahmatçıları Kateqoriya:Şahmat üzrə dünya çempionları Kateqoriya:Şahmatın blits növü üzrə dünya çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat qrosmeysterləri