Qırmızı Şeytanlar () Belçika Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Əsası 1957-ci ildə qoyulmuşdur. Uçuşlar üçün SIAI-Marchetti SF.260 təyyarələri istifadə olunur.

Tarixi İlk komanda 1957-ci ildə yaradılmışdır. 1959-cu ildə komanda 16 təyyarədən ibarət komanda ilə çıxış edirdi. Daha sonra təhlükələr nəzərə alınaraq təyyarə sayı 5-ə endirilmişdir. 1963-cü ildə bu komanda ləğv olunmuşdur.

1965-ci ildə komanda yenidən quruldu və 1977-ci ilə qədər Avropada uçuşlar həyata keçirdi.

2011-ci ildə "Hardship Red" aerobatika komandası adını dəyişib, Qırmızı Şeytanlar adlanmağa başladı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Aerobatika komandaları