Səfəvi imperiyasının Bəsrəni ələ keçirməsi (1697–1701) — 1697-ci ilin 26 martı ilə 1701-ci ilin 9 martı arasında baş vermişdir. Bu ikinci hadisə idi ki, İran körfəzində vacib şəhər Səfəvi imperiyasının əlinə keçirdi.
Bəsrə müasir İraq ərazisində yerləşməkdədir və 1697-ci ilə qədər 1508-ci ildən 1524-cü ilə qədər Səfəvi imperiyasının əlində olmuşdu. Bu şəhər 1524-cü ildə Şah İsmayılın ölümündən sonra itirilmişdi. Bundan sonrakı dövr ərzində Səfəvi imperiyasının rəqibi Osmanlı imperiyası bölgə üzərində nominal da olsa, öz hakimiyyətini qurmağı bacarmışdı. Faktiki olaraq isə, hakimiyyət ərəb Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan Əl-Muğamis tayfasının əlində qalmaqda idi. 1596-cı ildə Bəsrənin Osmanlı hakimi Əli paşa öz vəzifəsini yerli əyanlardan olan Əfrasiyaba pul müqabilində satdı. Bundan sonrakı 70 il ərzində Bəsrə Əfrasiyab və xələflərinin irsi hakimiyyəti altında olan əyalət statusu ilə Osmanlı imperiyasının tərkibində qaldı.
Səfəvi imperiyasının Bəsrəni geri qaytarmaq üçün 1624, 1625 və 1628–1629-cu illərdəki cəhdləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdə yaranmış çətin şərait və nəhayət I Abbasın ölümünə görə uğursuzluqla nəticələnir. Bəsrə coğrafi və iqtisadi səbəblərə görə Səfəvilərə doğru yuvarlanmaqda davam edirdi. Bəsrə hakimlərinin Osmanlı ali hakimiyyəti ilə olan gərgin münasibətləri, həcc ziyarəti ilə bağlı olan məsələlər və Osmanlı hakimiyyətindəki İraqın cənubundakı üsyanlar Səfəviləri bu regiona, yəni cənubi İraqa müdaxilə etməyə sövq edirdi. Səfəvilər I Süleymanın (1666–1694) hakimiyyəti dövründə bu regionu ələ keçirmək üçün yaxşı fürsət ələ keçirsə də, bunun üçün hərəkət etmədilər. Məsələn, 1667-ci ildə Osmanlı ordusu Bəsrənin Əfrasiyablar sülaləsindən olan hakimi Hüseyn paşanı cəzalandırmaq üçün yürüşə başladığında, Hüseyn paşa əhalini Səfəvi torpaqlarına köçürmüş, həmçinin şəhəri Səfəvi hakimiyyətinə təklif etmişdi. Lakin I Süleyman Osmanlı imperiyası ilə müharibə və ya düşmənçilik istəmədiyi üçün bu təklifi cavabsız qoymuşdu.
1690-cı ildə vəba və qıtlığa görə cənubi İraqdakı Muntafiq tayfası mənsubları arasında hakimiyyətdən olan narazılıq daha da artdı. 1695-ci ildə yerli ərəb şeyxi Şeyx Mane ibn Muğamiş öz tayfadaşlarını Osmanlı hakimiyyətinə qarşı üsyana sövq etdi. Şeyx Mane və onun adamları 5 min nəfərlik Moşaşa tayfası döyüşçüsü ilə şəhərin nəzarətini ələ keçirdilər. Moşaşalar şiə məzhəbində olan ərəb tayfalarından idilər. 1697-ci ildə Səfəvi Ərəbistanının bəylərbəyi olan Fərəcullah xana sadiq olan Moşaşa tayfası üzvləri Şeyx Manenin qüvvələrini məğlub etdilər və onları şəhərdən qovdular. Səfəvi Ərəbistanının bəylərbəyi başa düşdü ki, Şex Mane və dəstəkçiləri Bəsrəni ələ keçirdikdən sonra Səfəvi əyalətinin paytaxtı hesab edilən Huveyzəyə hücum edəcəklər. Buna görə də, Səfəvi şahı Şah Sultan Hüseynin (1694–17022) hakimiyyətində olan Səfəvi dövlət aparatı Əlimərdan xanın komandanlığı altında Bəsrəyə ordu göndərdi. 26 mart 1697-ci ildə Səfəvi hakimiyyətinin göndərdiyi ordu şəhərə nəzarəti ələ keçirdi. Lakin, Səfəvi hakimiyyəti öz ordularının pisləşən vəziyyətindən xəbərdar idilər və buna görə də, Osmanlı imperiyası ilə müharibənin başlanmasından çəkinirdilər. Üstəlik Bəsrədəki Səfəvi ordusuna Şeyx Manenin dəstələrinin təzyiqləri də artmaqda idi. Bütün bunları nəzərə aldıqdan sonra, Səfəvi hakimiyyəti Bəsrəni Osmanlı hakimiyyəti altına geri vermək qərarına gəldi. 9 art 1701-ci ildə Səfəvi ordusu Bəsrədən çıxdı və 10 martda şəhərə yenidən Osmanlı ordusu daxil oldu.
Zəmin
Bəsrənin coğrafi əhəmiyyəti Bəsrə şəhəri XVI və XVII əsrlərdə xüsusi coğrafi əhəmiyyətə malik idi. Bu şəhər iki rəqib imperiya olan Osmanlı imperiyası ilə Səfəvi imperiyasının əsasən ərəblər yaşayan səhradakı sərhədlərində yerləşirdi və Hind okeanında ticarət etməkdə mühüm rol oynayırdı. Elə buna görə də, Bəsrə üzərində hakimiyyət qurmaq üçün Osmanlı ilə Səfəvi imperiyaları arasında rəqabət mövcud idi. Hər iki imperiya hüquqi baxıdan şəhərdə hakimiyyət uğrunda mübarizə aparsalar da, çox zaman bu iki imperiyanın şəhər üzərindəki hakimiyyətləri de-jure ilə məhdudlaşmaqla birlikdə, əsl hakimiyyət bu imperiyaların suverenliyi altında de-facto hökmdarlar olan yerli hakimlərin əlində cəmləşməkdə idi. Bu dövrdə müasir İraq ərazisinin böyük bir hissəsi ticarət karvanına hücum edən yarı-köçəri və azadlıq sevər ərəb tayfalarına (cənubda) və kürd tayfalarına (şimalda) görə çox təhlükəli bir yerə çevrilmişdi. Cənubda, yəni Savadda hava, Bəsrə tarixində təlatümlü dövrlərə səbəb olan vəba və öldürücü epidemiyalarla sağlamlığa zərərli idi. Lakiin buna baxmayaraq, Bəsrə həm İran körfəzində ticarət etmək üçün, həm də Məkkə və Mədinə şəhərlərinə müqəddəs ziyarətə gedə bilmək üçün mühüm əhəmiyyət daşımaqda idi. thumb|right|alt=Painting of Ismail I|Venesiyalı üslubunda çəkilmiş I İsmayılın portreti. Florensiyadakı Uffitsi qalereyasında saxlanılır.
XVI əsrdən XVII əsrə qədər Bədəvi ərəb tayfası və Banu'l-Muntafiq qəbiləsinin yerli qolu olan əl-Muğamilər Kufə və Bəsrə arasındakı bölgədə məskunlaşmış, XV əsrin əvvəllərində Bəsrədə öz hakimiyyətlərini formalaşdırmışdılar. 1436-cı ildən 1508-ci ilə qədər şəhərə nəzarət de-fakto Moşaşaların əlində olmuşdur. Moşaşalar radikal şiə məzhəbi tərəfdarları olmaqla birlikdə, əsasən Səfəvi imperiyasının Ərəbistan bəylərbəyliyindəki bataqlıqların kənarlarında (müasir Xuzistan) məskunlaşmışdılar.
1508-ci ildə ilk Səfəvi şahı I İsmayılın (1501–1524) hakimiyyəti illərində Bəsrə və Moşaşa Səfəvi imperiyasının bir parçası halına gəldi. Səfəvilərin yaxın vassalları halına gələn Moşaşalar tez-tez onların Bəsrə və cənubi İraqda yaşayan ərəblər üzərinə olan yürüşlərində fəal şəkildə iştirak etdilər. Bu yürüşlər əsasən Səfəvilər tərəfindən təyin edilən hakim tərəfindən həyata keçirilirdi. Səfəvi imperiyasının vassalları olmalarına baxmayaraq, Moşaşalar geniş muxtar hüquqlara sahib idilər və onların əraziləri Osmanlı imperiyası ilə Səfəvi imperiyası arasında bufer zona hesab edilirdi.
1524-cü ildə I İsmayılın ölümündən sonra əl-Muğamislər öz hakimiyyətlərini effektiv şəkildə davam etdirməkdə idilər. İyirmi il sonra — Səfəvi-Osmanlı müharibəsi zamanı Bəsrənin hakimi Rəşid ibn Muğamis Osmanlı sultanı I Süleymanı (1520–1566) özünün suvereni kimi tanıdı. Bunun qarşılığında isə, I Süleyman onu şəhərin hakimi təyin etdi. Bəsrənin Osmanlı hakimiyyətinə tabe olmasına baxmayaraq, buradakı Osmanlı hakimiyyəti ilk əvvəllərdə zəif idi. Bu 1546-cı ildə dəyişdi. Beləki, bu tarixdə Moşaşa üsyanı başladıqdan sonra şəhərdə Osmanlı qarnizonu yerləşdirildi.
Osmanlı imperiyası tərəfindən İraqın hakimi kimi əvəzlənmələrinə baxmayaraq, Səfəvi imperiyası bu bölgədən əl çəkməmişdi və sarayda bundan bəhs edilirdi. Reallıqda isə, hətta cənub bölgəsinin əsasən şiələr tərəfindən məskunlaşdırılmasına baxmayaraq, İraqın çox hissəsi Səfəvilər üçün xarici bölgə idi. Müasi taixçi Rudi Matthe bunu belə izah edir:
Bölgə mərkəzi mərkəzi İran yaylasından Zaqros sıra dağları ilə kəsildiyinə görə onu müdafiə etmək çətin idi. Mesopotamiyanın sel düzənliyi olan Savad isti, rütubətli, sağlamlığa ziyanlı idi və öldürücü epidemiyaların tez-tez inkubatoru rolunu oynayırdı. Düz yarım-səhra torpaqları İran yaylasının, Şərqi Anadolunun yüksək düzənliklərinə və dağlarına alışmış qızılbaş döyüşçüləri üçün əlverişsiz ərazi idi. Döyüş meydanında açıq qarşıdurmadan fərqli olaraq partizan taktikasına, pusquya və dağlara çəkilməyə üstünlük vermələri, allüvial düzənlikləri və bataqlıqları olan İraqda onlara yaxşı xidmət etmədi.
XVII əsrdən XVIII əsrə qədər thumb|right|alt=17th-century drawing of Basra|İsaak de Qraaf tərəfindən çəkilmiş Bəsrənin görünüşü. 1677-ci ildəki vəziyyətdən sonra 1695-ci ildə çəkilmişdir. 1596-cı ildə Osmanlı hakimi Bəsrə şəhərini Əfrasiyab sülaləsindən olan yerli şəxsə satdı. O, sünni Səlcuqlu sülaləsindən gəlməkdə idi. Bundan sonra 1668-ci ilə qədər Bəsrə Əfrasiyab sülaləsinin irsi əyaləti hesab edildi.
Bu dövr ərzində Səfəvi şahı Şah I Abbas (1587–1629) Bəsrəni ələ keçirmək üçün bir neçə cəhd etdi. O, bu şəhəri özünün əsas ticarət limanı olan Bəndər Abbasa rəqib hesab edirdi. Həmçinin bu şəhər onun ticarətdəki rəqibləri olan portuqaliyalıların da mərkəzi idi. 1623–1629-cu illər müharibə izamanı Səfəvilərin 1624, 1625 və 1628–1629-cu illər cəhdləri uğursuzluqla nəticələndi. Bunun səbəbləri portuqaliyalıların müdaxiləsi, digər cəbhələrdəki vəziyyətin pisləşməsi və sonda I Abbasın ölümü idi.
1639-cu ildə imzalanmış Qəsri-Şirin müqaviləsi ilə Səfəvilərin İraqdakı Osmanlı hakimiyyətini tanımalarına baxmayaraq, onlarda bölgəni geri qaytarmaq istəyi mövcud idi. Bu istək Osmanlıların Vyanada 1683-cü ildə məğlub olmasından sonra daha da intensivləşdi. Bəzi dairələr Səfəvi ordusunun zəifləməsinə görə bu istəyi təhlükəli görürdülər. Münasibətlər isə gərgin olaraq qalmaqda idi, çünki Səfəvi ərazisindən həcc ziyarətinə gedən zəvvarlara Osmanlı hakimiyyət dairələri çətinlik yaradır və bəzən buna görə də, Səfəvilər bu yoldan istifadə etməyi qadağan edirdi. Bundan başqa İraqın cənubunda baş verən hadisələr bölgəyə olan Səfəvi marağının daha da atması ilə nəticələnirdi. 1667-ci ildə Əfrasiyab sülaləsindən olan Hüseyn paşa Osmanlı sultanının hakimiyyətini tanımağı rədd etdi və ona qarşı cəzalandırma dəstəsi göndərildi. Hüseyn paşa şəhərin bütün əhalisini Səfəvi bölgəsinə köçürdükdən sonra şəhəri Səfəvi hakimiyyəti altına salmağı təklif etdi. Şah Süleyman (1666–1694) Osmanlı ilə düşmən olmağı istəmədiyinə görə bu təklifi görməzdən gəldi. Bundan sonra 1688-ci ildə Osmanlının Bağdad valisi şəhərdə birbaşa Osmanlı hakimiyyətini yaratdı. thumb|right|alt=Picture of a Shi'ite Muslim mosque in Najaf|Nəcəfdə yerləşən İmam Əli məscidi (2012). Bəsrə həmçinin iqtisadi səbəblərdən də Səfəvi imperiyasına tərəf yuvarlanmaqda idi. Beləki XVII əsrin sonlarında Səfəvi abbasi və şahi sikkələri şəhərdə ümumi formada istifadə edilməkdə idi. I Süleymanın xələfi Şah Sultan Hüseyn (1694–1722) dövründə İraqı yenidən ələ keçirmək barədə Səfəvi siyasəti dəyişmədi. Matthee iddia edir ki, "bu heç də təəccüblü deyil", çünki Səfəvi ordusu hələ də əzif olmaqda davam edirdi və şah özünün iddiasız xarakteri ilə məşhur idi. Sələflərinin əksəriyyətindən fərqli olaraq, Sultan Hüseyn zəvvarları İraqda şiələrin müqəddəs ziyarətgahlarını ziyarət etməyə fəal şəkildə təşviq edirdi və onlar bunu görünməmiş sayda edirdilər. Hüseyn həmçinin Səfəvi dövlətinin vəsaitlərini İraqdakı ziyarətgahların saxlanması üçün xərcləməyə hazır idi.
Başlanğıc 18-ci əsrin əvvəli daha böyük qarışıqlıqlar ilə Səfəvilərin İraqın cənubundakı fəaliyyətini də yenilədi. 1690-cı ildə meydana çıxan vəba epidemiyası və qıtlıq cənubi İraqdakı ən-Muntafiq tayfası mənsubları arasındakı mövcud hakimiyyətdən narazılıq hissinin böyüməsinə səbəb oldu. Şeyx Mane ibn Muntafiqin başçılığı altında bu tayfa Osmanlı hakimiyyətinə qarşı üsyana qalxdı. Osmanlı ordusu cəzalandırıcı yürüşə başlasa da, Şeyx Manenin üsyanını yatırmaqda uğursuz oldu. 1695-ci ildə Şeyx Mane Bəsrə şəhərini ələ keçirdi və şəhərdə Osmanlı hakimini, qarnizonunu şəhərdən qovdu. Bəsrə hakimi kimi qısamüddətli hakimiyyəti dövründə o, nisbətən xeyirxah işlərlə məşğul oldu. Səfəvilər bu regionda baş verən hadisələrdən məmnun deyildilər. Çünki üsyançılar təkcə Səfəvi imperiyasının sərhədində yerləşən mühüm şəhəri ələ keçirməmişdilər, həm də müqəddəs ziyarətə gedən bir çox karvanı da şəhərin ələ keçirilməsi zamanı yağmalamışdılar. Bu özü-özlüyündə Səfəvilərin Şeyx Manenin eksponsionist olmasını və yaxında onların da bölgələri üçün təhlükə yarada biləcəyini düşünmələrinə səbəb olmuşdu. Səfəvilər tərəfindən təyin edilən qonşu Ərəbistan bəylərbəyliyinin valisi Fərəcullah xan da öz növbəsində Şeyx Mane ilə Moşaşalar arasındakı əlaqələrdən narahat idi. Təxminən 5 min Moşaşa döyüşçüsü Şeyx Manyə 1695-ci ildə Bəsrə şəhərini ələ keçirmədə yardım etmiş və bu əməliyyat zamanı onlara Şeyx Manenin qardaşı oğlu Seyid Mahmud yardım etmişdi. Cəmi iki il sonra Fərəcullah xan və ona sadiq olan Moşaşa döyüşçüləri ilə Şeyx Mane və ona sadiq olan Moşaşa dyüşçüləri arasında döyüş oldu.
Səfəvi hakimiyyəti (1697–1701)