Oxşar (Hindcə: डबल Ro: Ḍabala) Mahesh Bhattın rejissoru olduğu və 1998-ci il mayın 8-də nümayiş etdirilən hind döyüş komediya filmi. Şahrux Xan bu filmdə ikili rol oynayıb. Filmdə Juhi Chawla və Sonali Bendre də rol almışdır. Xanın Dhrama Productions ilə ilk əməkdaşlıq etdiyi filmdir. Film kassada “ortadan aşağı” statusu almış və çox da müvəffəqiyyətli bir film olmamışdır.
Süjet
Babloo Chaudhry aşpaz olmaq arzusunda olan şən və mehriban bir gəncdir. O, bir oteldə işə düzəlir və meneceri, cazibədar bir xanım olan Sonia Kapurla tanış olur. Onlar bir-birlərinə aşiq olurlar. Bu vaxt cinayətkar olan Manu (Bablunun oxşarı) ona xəyanət edən “dostlarını” öldürmək üçün həbsxanadan qaçır. Bir gün Bablu Sonia ilə gəzərkən polislər onun Manu olduğunu düşünərək onu həbs edirlər. Bablu polisə özünün həqiqətən kim olduğunu sübut edir. Oxşarından xəbər tutan Manu onun yerini tutmağa qərar verir. Sonradan, filmin iki əsas personajının baş qarışdıran macəraları başlayır ki, bu macəralarda Sonia, Bebe (Bablunun anası) və Lily (Manunun sevgilisi) personajları da iştirak edir. Manu və Bablunun son döyüşündə Lili Manunun yaxşı insan olmadığını və onu Bablunun Soniyanı sevdiyi qədər sevmədiyini anladıqdan sonra Manunu öldürür.
İstinadlar Kateqoriya:1998-ci ilin filmləri Kateqoriya:Hindcə filmlər Kateqoriya:Hindistanın döyüş filmləri Kateqoriya:Hindistanın komediya filmləri Kateqoriya:Dramlar Kateqoriya:Amerika filmlərinin hind remeykləri Kateqoriya:Dram filmləri Kateqoriya:Aşpazlar haqqında filmlər