Fines və Ferb () — Den Povenmayr və Ceff Marş tərəfindən yaradılmış ABŞ istehsalı musiqili komediya cizgi-serialı. Disney Channel və Disney XD kanallarında nümayiş olunan serial, Disney Television Animation studiyası tərəfindən hazırlanıb. Cizgi-serial ilk olaraq 17 avqust 2007-ci ildə yayımlanıb, 12 iyun 2015-ci ildə isə tamaşaçıları ilə vidalaşıb.
Serialda yay tətili ərzində səkkiz və on yaş arasında olan Fines Flinn () və ögey qardaşı Ferb Fletçerin () sərgüzəştlərindən bəhs olunur. Oğlanlar hər gün mümkün olmayacaq böyük elmi layihələrə imza atırlar. Etdikləri bu işlər onların bacısı Kendesi () qıcıqlandırır, o anası Linda Flinn-Fletçer və atası Lourens Fletçerə () bunları izah etməyə çalışır. Serialın hər epizodunda onların ev heyvanı ördəkburun Perri, gizli heyvan təşkilatında fəaliyyət göstərir və (gizli kimliyi "Casus P" () dəli alim Dr. Heyns Dufenşmertsin () şeytani planları ilə mübarizə aparır. Kendes gördüyü hadisələri valideynlərinə açıqlaya bilmir, onun dedikləri heç kəsə inandırıcı gəlmir, bu onu məyus edir.
Povenmayr və Marş Fox-un Simpsonlar və Nickelodeon-un Rokkonun müasir həyatı serialında birlikdə əməkdaşlıq etmişdilər. Cizgi-serialının yaradıcları həmçinin Dr. Heyns Dufenşmerts və Frensis Monoqramm personajlarını səsləndiriblər.
İstinadlar
Kateqoriya:Disney Channel orijinal proqramları Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Animasiya serialları Kateqoriya:Komediya teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Uşaq teleserialları Kateqoriya:Disney cizgi filmləri Kateqoriya:Disney+ orijinal proqramları Kateqoriya:2000-ci illərin ABŞ animasiya serialları