Snail Mail () — amerikalı müğənni-bəstəkar Lindsi Cordanın indi-rok solo layihəsi. Cordan ilk dəfə Snail Mail kimi 15 yaşında olarkən canlı çıxış edib və 2016-cı ildə buraxdığı ilk minialbomu Habit ilə diqqətləri üzərinə çəkib. Matador Records ilə bağladığı müqavilədən sonra o, 2018-ci ildə debüt studiya albomu Lush ilə tənqidi bəyənmələr qazandı. Snail Mail-in ikinci studiya albomu Valentine 2021-ci ildə işıq üzü gördü.

Həyatı Lindsi Erin Cordan, ABŞ-nin Merilend ştatının Ellikott Siti şəhərində, Baltimor dairəsində böyüyüb. Onun anası alt paltarı mağazasının sahibi, atası isə dərslik nəşriyyatında işləyir. Cordan Roma-Katolik tərbiyəsi almışdır. O, gitara çalmağa 5 yaşında başlayıb və yeniyetmə ikən pank səhnəsi onu valeh edib. Cordan 8 yaşında Paramore-u Riot! turunda canlı izlədi. O, bu təcrübəni nəhayət öz qrupunu yaratmağa ruhlandıran "böyük an" kimi qeyd etdi. O, məktəbdə kilsə qrupu və caz qrupu üçün gitara çalırdı. Təxminən 12 yaşında öz mahnılarını yazmağa başladı və restoranlarda və qəhvəxanalardan izləyici cəlb etməyə başladı. Cordan 2018-ci ildə Bruklindəki St. Joseph's Kollecinə daxik oldu, lakin diqqətini karyerasına yönəltmək üçün iştirak etməməyi seçdi.

Şəxsi həyatı Cordan lezbiyandır. 2021-ci ilin sentyabrından etibarən Nyu-Yorkda yaşayır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:LGBT mahnı yazarları Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:2015-ci ildə yaranan musiqi qrupları