Charly Coombes & The New Breed - Musiqi (rock-n-roll) qrupudur.

Qrupun yaradılması və tarixi

Qrup 2009-cu ildə Oksfordda liderləri Çarli Kombes olan dörd gənc tərəfindən "köhnə ruhun və yeni musiqinin vəhdəti" şüarı ilə yaradılmışdır. 2009-cu ildə qrup Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıqnda müxtəlif səhnələrdə çıxış etmişlər. 2011-ci ildə Braziliya turneləri isə onların məhşurlaşmasına gətirib çıxarmışdır. Qısa müddət ərzində bir zamanların ən yaxşı oyunlarından biri hesab edilən Dream League Soccer seriyasının ilkin versiyasında (2011-2016-cı il üçün nəzərdə tutulan; v2.07) qrupun musiqilərinin çalınması üçün təklif gəlir və qrup təklifi qəbul edir, qrupun populyarlığı daha da artır. Qrup tarixi ərzində 3 albom buraxır: "Wawes", "Panic" və "Noise Control". Sonradan qrup köhnə stabilliyini qoruya bilmir, satışlar sıfıra yaxınlaşır, nəhayət qrup yekdil qərarla dağılır. Qrupun rəsmi internet səhifəsi də bu minvalla tarixin tozlu səhifələrinin arasında itib batır.

Qrupun ifa elədiyi mahnılar - Hell Below

- Jungles & Tides

- God Knows

- Broken Glass

- Panic in Between the Sheets

- For the Pain

Qrup üzvləri Çarli Kombes (Charly Coombes) - baş vokalist, gitarist (akustik),

Deyv Eşvort (Dave Ashworth) - vokalist, gitarist,

Cek Rouz (Jake Ross) - basçı, vokalist,

Reynaldo Migliavacca - nağaraçı

İstinadlar

Kateqoriya:Vikipediya:Şəkli olmayan musiqi qrupları haqqında məqalələr