Məhəbbət telləri (Romanizasiya Silsila) — 1981-ci ildə Yash Chopra ilə müştərək formada süjet xətti yazılmış, rejissoru və prodüseri olduğu hindi dilli romantik dram filmi. Hekayəsi romantik dramaturq Amit (Amitabh Bachchan), həyat yoldaşı Şobha (Jaya Bachchan) və onun keçmiş tərəfdaşı Çandninin (Rekha) sevgi üçbucağı ətrafında cərəyan edir. Məhəbbət telləri, Amit və Şobhanın məcburi evliliklərində qarşılaşdıqları, onları bir-birindən ayıran hadisələri və onun Chandni ilə nikahdankənar münasibətə gətirib çıxaran qarşılaşmasından danışır. Filmin sauntreki Shiv-Hari tərəfindən ifa edilmiş, sauntrekin sözlərini isə Caved Axtar, Hasan Kamal, Meera Dev Burman, Nida Fazli, Rajendra Krishan və Harivansh Rai Bachchan yazmışdır.

Məhəbbət telləri çəkiliş heyəti ilə hələ istehsal mərhələsində olarkən medianın diqqətini çəkmişdir. Filmin üsas çəkilişləri 1980-ci ilin noyabr və 1981-ci ilin may ayları ərzində Amsterdam, Bombay (indiki Mumbay), Dehli və Kəşmirdə aparılmışdır. Bununla belə, film 14 avqust 1981-ci ildəki premyerasından sonra kassada müvəffəqiyyətsizliyə düçar olmuş, cəmi 30 milyon ₹ (2020-ci ildəki ekvivalent ilə 520 milyon ₹ və ya 6,5 milyon ABŞ dolları) gəlir əldə etmişdir. 29-cu Filmfare Mükafatlarında film Ən Yaxşı Aktyor (Amitabh Bachchan), Ən Yaxşı Qadın Aktrisa (Jaya Bachchan) və Ən Yaxşı Musiqi Rejissoru (Şiv-Hari) nominasiyalarına layiq görülmüşdür. Tənqidi baxımdan, hekayəsi və aktyor heyətinin çıxışları üçün mənfi rəylər almışdır.

İstinadlar

Xarici keçidlər

Silsila at Bollywood Hungama

Kateqoriya:1981-ci ilin filmləri Kateqoriya:Hindistanın romantik dram filmləri Kateqoriya:1980-ci illərin hind dilli filmləri Kateqoriya:Yaş Çopranın filmləri Kateqoriya:Bəstəkar Şiv-Harinin filmləri Kateqoriya:Hindistanda zina haqqında filmlər Kateqoriya:Hindistanın aviasiya filmləri Kateqoriya:Amsterdamda çəkilmiş filmlər Kateqoriya:Dehlidə çəkilmiş filmlər Kateqoriya:Mumbayda çəkilmiş filmlər Kateqoriya:Romantik filmlər