Rantonq (; hərfi mənada – "öz təbiətindən boş qalmış") və jentonq (; hərfi mənada – "digər boşluq"; həmçinin Tibet madhyamakası adlanır) — Tibet buddizmində boşluğa (şunyata)və iki həqiqət təliminə iki fərqli baxış.
Rantonq fəlsəfi termindir. Şunyatanın mənası ilə bağlı əksər madhyamaka təlimlərini ayırd etmək üçün istifadə olunur. Burada bütün hadisələrin davamlı və dəyişməz mahiyyətdən boş olduğu və bu boşluğun mütləq reallıq olmadığı, hadisələrin sadəcə nominal xarakteristika daşıdığı fikri müdafiə olunur.
Jentonq Tibet madhyamakası daxilində mövqedir. Burada şunyata elə tətbiq edilir ki, nisbi reallığın öz təbiətindən boş olması ilə razılaşılır, lakin paramarthasatya (mütləq reallıq) "qeyri-dual buddacnana"dır (Buddanın hikməti) və yalnız "digər" () nisbi hadisələrdən "boş"dur (), lakin özü boş deyil və "həqiqətən mövcud"dur. Bu mütləq reallıq müsbət terminlərlə təsvir edilir ki, bu da "müəyyən artıq zərif anlayışları aradan qaldırmağa" və "şəxsin ağlında yaranan hər hansı təcrübəni inkar etmək vərdişinə" kömək edən yanaşmadır. Bu, prasanqikada olduğu kimi, saxta anlayışları məhv edir, eyni zamanda təcrübədə olan şəxsi "konseptual ağıl məğlub olduqdan sonra yaşanacaq dinamik, müsbət reallığın mövcudluğu" barədə xəbərdar edir.
Etimologiya Rantonq termini avtonim deyil, daha çox jentonq nəzəriyyəçisi Dolpopa Şerab Qyaltsenin nəzəriyyəsi əsasında yaranmışdır. O, öz təlimlərini xarakterizə etmək üçün "jentonq" terminini və qarşı çıxdığı təlimlərə istinad etmək üçün "rantonq" ifadəsini işlətmişdir.
Jentonq "digər" () və "boşluq" () sözlərindən yaranmış, hərfi mənada "digər boşluq" deməkdir, yəni özünə xas varlıqdan başqa bütün keyfiyyətlərdən boş olmaq mənasındadır. Bununla belə, jentonq termini həmçinin, şantarakşita təliminin də daxil olduğu yoqaçara madhyamaka təlimlərinə aiddir. Svatantrika–prasanqika fərqləndirilməsi qeluqpa anlayışı yoqaçara madhyamaka "svatantrika" adlanır və hər hansı bir təbii varlığı rədd edən "prasanqika" yanaşmasına qarşı qoyulur.
Mənbə İstinadlar
Ədəbiyyat
Əlavə ədəbiyyat
Xarici keçidlər Nigel Wellings (2009), Is there anything there? – the Tibetan Rangtong Shentong debate Adele Tomlin (2018), ''The Shentong View of Emptiness – A Short Introduction and Reader' Alexander Berzin, Self-Voidness and Other Voidness An exposition of the two truths by Khenpo Tsultrim Gyamtso Rimpoche Scholarly disquisition on The Buddha Within
Kateqoriya:Buddanın təbiəti Kateqoriya:Conanq