thumb|upright=1.5|Ərazidəki mövcud cəmiyyətin tipinə görə rənglənmiş e.ə. 1000-ci ilə aid dünya xəritəsi. Bu dövrdə dövlətsiz cəmiyyətlər normal idi. Dövlətsiz cəmiyyət — dövlət tərəfindən idarə olunmayan cəmiyyət.

Dövlətin olmadığı cəmiyyət bəşəriyyətin tarixdən əvvəlki dövrlərində normal olsa da, bu gün az sayda dövlətsiz cəmiyyət mövcuddur. Çünki bəzi regionlarda nominal dövlət orqanları çox zəif olsa da, demək olar ki, bütün dünya əhalisi hər hansı bir suveren dövlətin ərazisi daxilində yaşayır. Tarix boyu bəzi dövlətsiz xalqlar ətraflarında olan dövlətə tabe cəmiyyətlərə inteqrasiya etmişlər.

Bəzi siyasi fəlsəfələr, xüsusən də anarxizm dövləti arzuolunmaz bir qurum, dövlətsiz cəmiyyətləri isə ideal hesab edir, marksizm isə hesab edir ki, post-kapitalist cəmiyyətdə dövlətə ehtiyac qalmayacaq və o yox olacaq.

Siyasi ideal kimi Bəzi siyasi fəlsəfələr dövləti arzuolunmaz hesab edir və dövlətsiz cəmiyyətin formalaşmasını əsas məqsəd hesab edirlər. Nümunə üçün anarxizmin əsas prinsipi dövlətsiz cəmiyyət ideyasının müdafiəsidir. Anarxo-kapitalizm özəl qurumları dəstəkləyərkən dövlətə qarşı çıxır.

Marksizmdə isə hesab edilir ki, post-kapitalizm cəmiyyətində arzuolunmaz bir qurum olan dövlət lazımsız olacaq və yox olacaq. Bu mövzudakı digər bir anlayış isə anarxo-kommunizmdir ki, bu ifadədən bəzən Marksın post-kapitalist cəmiyyətini təsvir etmək üçün istifadə edilir.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Cəmiyyət Kateqoriya:Apatrid Kateqoriya:Antropologiya Kateqoriya:Sosial sistemlər Kateqoriya:Anarxizm tarixi