Henrik İppolitoviç Semiradski () və ya Henrik Hektor Semiradski (, ; ) — polyak mənşəli Rusiya rəssamı, akademizmin ən böyük nümayəndələrindən biri. O, Xarkov və Sankt-Peterburqda təhsil almış, lakin fəal yaradıcılıq həyatının çox hissəsini Romada keçirmişdir. O, daha çox qədim Yunanıstan və Roma tarixindən səhnələrə dair monumental rəsmləri ilə tanınır. O, teatrların və şəxsi interyerlərin dizaynı ilə məşğul olmuşdur. İmperator Rəssamlıq Akademiyasının, Berlin, Stokholm, Roma, Turin rəssamlıq akademiyalarının akademiki və professoru, Fransa İncəsənət Akademiyasının müxbir üzvü olmuşdur. Əsərləri əsasən Polşa, Ukrayna və Rusiya muzeylərində, eləcə də Avropa ölkələrinin şəxsi kolleksiyalarında salanılır. 1903-cü, 1939-cu, 1968-ci və 1980-ci illərdə Polşada rəssamın fərdi sərgiləri keçirilmişdir. 2017–2018-ci illərdə Dövlət Rusiya Muzeyində "Henrik Semiradski və Romadakı Rusiya rəssamlarının koloniyası" ensiklopedik sərgisi keçirilmişdir. Rəssamın bir çox əsərləri itmişdir.

İstinadlar

Əlavə ədəbiyyat

Некролог // Исторический вестник. — Т. LXXXIX. — 1902. — С. 1043—1044.

Xarici keçidlər

Kateqoriya:Polşa rəssamları Kateqoriya:XIX əsr Rusiya rəssamları Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Məzarı köçürülənlər Kateqoriya:Rusiya imperiyası rəssamları