Kürdüstan Dirçəliş Cəmiyyəti () — 16 avqust 1943-cü ildə Məhabadda qurulan kürd milliyətçi təşkilatı. Təşkilat Azərbaycan böhranında Pəhləvi İran qüvvələrinin regiondan qovulmasından sonra təsis edilmişdir.Jiyan û Têkoşîna Pêşewa Qazî Muhamed. Seîd Hûmayûn, r:40 Kürdüstan Dirçəliş Cəmiyyətinin yaradılmasında "Hiva" təşkilatından kömək istənilmişdir.Tarih Boyunca Kürtlerde Dîplomasî, Faik Bulut, Evrensel Basım Yayın, 2015,r:219 Odur ki, Kürdüstan Dirçəliş Cəmiyyəti İran Konstitusiyasını pozduğuna görə qeyri-qanuni hesab edilirdi və üzvlük üçün şərtlərdən biri gizli olmalı idi. Təşkilat yalnız kürd əsilli valideynləri olanların üzv olmasına icazə vermişdir. Bir istisna ondan ibarət idi ki, şəxsin anası aysor olduğu halda, onlar da təşkilata üzv ola bilərdilər.Kürt Miliyetçiliğinin Kökeni, Tarihi ve Gelişimi, Wadie Jwaideh, r:478 Təşkilatın andı Qurana əsaslanırdı.Jiyan û Têkoşîna Pêşewa Qazî Muhamed. Seîd Hûmayûn, r:40 Kürdüstan Dirçəliş Cəmiyyəti 3 il ərzində məxfi və mühüm işlər görmüşdür. Sonradan bu təşkilatın əsasında İran Kürdüstanının Demokratik Partiyası qurulmuşdur.
İstinadlar
Kateqoriya:1943-cü ildə yarananlar Kateqoriya:İran kürdləri Kateqoriya:Kürd milliyyətçiliyi