Yeniköy razılaşması — 1912–1914-cü illər arasında Avropa dövlətləri tərəfindən hazırlanmış və Osmanlı imperiyası ərazisində ermənilər üçün iki vilayətin yaradılması, onların ermənilər ilə bağlı məsələlərə müdaxilə edərək iki avropalı baş müfəttişin nəzarəti altında olması haqqında islahat planı.Davison, Roderic H. "The Armenian Crisis, 1912-1914 ," The American Historical Review 53 (Apr., 1948), pp. 481-505. Karapetyan, N. V. (1981). "Հայկական բարենորոգումների խնդիրը 1912-14 թվականներին" [The Issue of the Armenian Reforms in the Years 1912-14] in Հայ Ժողովրդի Պատմություն [History of the Armenian People], eds. Tsatur Aghayan et al. Yerevan: Armenian Academy of Sciences, vol. 6, pp. 520-35. Baş müfəttişlər erməni əhalisinin əsas hissəsinin məskunlaşdığı altı şərq vilayətində ən yüksək vəzifə tutacaq, Ərzurum və Vandakı müvafiq postlarında məskunlaşacaqdılar. İslahat paketi 8 fevral 1914-cü ildə imzalanmışdır. Buna baxmayaraq, razılaşma Osmanlı imperiyası Birinci Dünya müharibəsinə daxil olduqdan bir neçə həftə sonra, 16 dekabr 1914-cü ildə ləğv edilmişdir.

Tarixi Balkan müharibələri Osmanlı ermənilərinin şəraitini yaxşılaşdırmaq üçün yeni planların ortaya çıxarılmasına imkan yaratmışdı. Rusiya hökuməti bütün ermənilərin katolikosunu Qafqaz canişini vasitəsilə ermənilərin məskunlaşdığı Osmanlı vilayətlərində islahatlar üçün Osmanlı hökumətinə müraciət etməyə təşviq etmişdi. İslahat layihəsi Rusiyanın İstanbuldakı səfirliyinin draqomanı Andre Mandelştam və Ermənistan Milli Assambleyasının nümayəndələri tərəfindən tərtib edilmişdir. Bu, Konstantinopolda Fransa, Britaniya və İtaliya səfirlərinin görüşündə təqdim edilmişdir.Reynolds, Michael A. (2011). Shattering Empires: The Clash and Collapse of the Ottoman Empires, 1908-1918. Cambridge: Cambridge University Press, pp. 73-77.

İslahat paketi 8 fevral 1914-cü ildə vəzir Səid Halim Paşa tərəfindən təmsil olunan Osmanlı imperiyası ilə Rusiya arasında imzalanmışdır.Şeyhun, Ahmed. "Said Halim and the Armenian Reform Project of 1914," Journal of the Society for Armenian Studies 19/2 (2010), pp. 93-108. İlk iki müfəttiş kimi Niderland Ost-Hindinin administratoru Lui Konstan Vestenek və Norveç Ordusunun mayoru Nikolay Hoff seçilmişdir.Kévorkian, Raymond (2011). The Armenian Genocide: A Complete History. London: I. B. Tauris, p. 171. Vestenenk Ərzuruma yola düşmüşdür, lakin o Vanda olduğu zaman Birinci Dünya müharibəsi başlamışdır.Hovannisian. Armenia on the Road to Independence, p. 39.L. C. Westenek, "Diary Concerning the Armenian Mission," Armenian Review 39 (Spring 1986), pp. 29-89.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Osmanlı imperiyasında siyasət Kateqoriya:Erməni milliyətçiliyi Kateqoriya:Ermənistan–Rusiya münasibətləri Kateqoriya:Osmanlı imperiyasının müqavilələri Kateqoriya:Tarixi sənədlər