Bəhruzə xanım və ya Bəhruzə Bəyim — Səfəvilər dövlətinin hökmdarı Şah I İsmayılın xanımı.

Bioqrafiya O, ehtimal ki kəniz olaraq Səfəvilər dövlətində Şah İsmayıl Xətainin hərəminə daxil olmuşdur Newman, Andrew J. (2008). Safavid Iran: Rebirth of a Persian Empire. I. B. Tauris. pp. 1–281. ISBN 9780857716613.Çaldıran döyüşündən sonra Osmanlılar Təbrizi işğal etmişdilər. Bu zaman İsmayılın bütün hərəmi və xanımı Bəhruzə bəyim Sultan Səlim tərəfindən əsir götürülmüşdür.The Cambridge history of Iran, ed. William Bayne Fisher, Peter Jackson, Laurence Lockhart, pg. 224. Bəhruzə bəyim İstanbulda qazı-əsgər Tacızadə Cəfər Çələbiyə verilmişdir. İsmayıl onu geri qaytarmaq üçün Səlimə dörd elçi göndərmiş, hədiyyələr təqdim etmiş və əvvəlki mübadilələrindən fərqli olaraq Səlimə təriflər söyləmişdir. Səlim Bəhruzə bəyimi geri vermək əvəzinə elçilərin burnunu kəsib əliboş geri göndərmişdir. Ümumiyyətlə, Şah İsmayıl Xətainin Bəhruzə adlı həyat yoldaşının əsir düşməsinin qaynağı osmanlı mənbəsi — "Tacüt təvarix" əsəridir. Müəllifi Xoca Sadəddin Əfəndi olan bu əsərdə belə qeyd edilirː İran tarixçilərindən Hüseyin Mir Cəfərinin apardığı tədqiqatın nəticəsində gəldiyi qənaətə görəː Hətta Şah İsmayılın həyatı barədə ətraflı məlumat verən və Namiq Musalı tərəfindən tədqiq edilən "Tarixi aləm arayi Şah İsmayıl" adlı əsərdə də yalnız Taclı bəyim haqqında məlumat var. Bəhruzə xanımın adı çəkilmir.

İstinadlar

Kateqoriya:Səfəvilər Kateqoriya:Qadın siyasətçilər Kateqoriya:Səfəvi şahlarının xanımları