Barış və Demokratiya Partiyası və ya Sülh və Demokratiya Partiyası (, , BDP) — Türkiyədə kürd siyasi partiyası. 2008–2014-cü illərdə fəaliyyət göstərmişdir.
Tarixi BDP 2008-ci ildə Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəsi olduğu iddiası ilə bağlanan Demokratik Cəmiyyət Partiyasının (DTP) yerinə keçmişdi. BDP həmsədrləri Səlahəddin Dəmirtaş və Gültan Kışanak olmuşdur. Onun nümayəndələrinin üçdə biri ələvi idi.http://www.todayszaman.com/columnist-312698-alevi-kurds-problem.html Alevi Kurds' problem, todayszaman.com
30 mart 2014-cü il bələdiyyə seçkilərindən sonra Bərivan Əlif Qılınc Türkiyənin 17,000 əhalisi olan Kocaköy qəsəbəsinin həmsədri olmuşdur. Qılınc bələdiyyə sədri vəzifəsini keçmiş imam olan Əffüllah Qarla paylaşmışdır. BDP partiyasının qaydalarına əsasən, qadınların siyasətdə iştirakını təşviq etmək üçün bütün yüksək vəzifələr kişi və qadın arasında bölünürdü.
Azlıq haqları və feminizmi dəstəkləyən Xalqların Demokratik Partiyası (HDP) BDP-yə qardaş partiya kimi çıxış etmişdir. 2014-cü il bələdiyyə seçkilərində HDP BDP ilə paralel olaraq mübarizə aparmış, BDP Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi cənub-şərqində, HDP isə BDP-nin öz namizədlərini irəli sürdüyü Mersin vilayəti və Konya vilayəti istisna olmaqla, ölkənin qalan hissəsində yarışmışdır.ADAYLARIMIZ , BDP official website
Yerli seçkilərdən sonra iki partiya yenidən ortaq strukturda təşkil olunmuşdur. 28 aprel 2014-cü ildə BDP-nin bütün parlament heyəti HDP-yə qoşulmuş, BDP isə yalnız yerli idarəetmə səviyyəsində təmsilçilərə təyin edilmişdir.
Partiyanın 11 iyul 2014-cü il tarixində keçirilən 3-cü Qurultayında adı Demokratik Regionlar Partiyası olaraq dəyişdirilmişdir. Burada yeni struktur qəbul edilmiş, partiyanın fəaliyyəti yerli hökumət səviyyəsində məhdudlaşdırılmışdır.
Təqib BDP 2009-cu ilin aprelindən 2011-ci ilin oktyabrına qədər 7,500-dən çox üzvünün saxlanıldığını və 3,000-dən çoxunun həbs edildiyini bildirmişdir.
İdeologiya Partiya sədri PKK-nı tərksilah etməyə çağırmışdır.BDP chairman calls on PKK to lay down arms BDP Sosialist İnternasionalında müşahidəçi statusuna malik idi. BDP Türkiyənin Avropa Birliyinə üzvlüyünü, Türkiyədə eynicinsli nikahları, LGBT fərdləri qorumaq üçün ayrı-seçkiliyə qarşı qanunu dəstəkləmiş, həmçinin Türkiyə hökumətinin erməni soyqırımını tanımasını istəmişdir.
İstinadlar
Xarici keçidlər Rəsmi sayt
Kateqoriya:2008-ci ildə Türkiyədə yarananlar Kateqoriya:Türkiyədəki siyasi partiyalar Kateqoriya:Sol mərkəzçi partiyalar