Nou Neym Klub () və ya Nou Neym Kilbörn () — Londonun Kilbörn rayonunda yerləşən həvəskar keçmiş İngiltərə futbol klubu. Klubun oyun meydançası pis şəraitdə olduğu üçün onlara "Palçıqçılar" () ləqəbi verildi.
Klubun qeydə alınan ilk matçları 1863-cü ilin yanvar və aprel aylarında "Barns" klubu üzərində qələbə ilə başa çatan oyunlar idi. Klub 26 oktyabr 1863-cü ildə İngilətərə Futbol Assosiasiyasının 11 qurucu üzvlərdən biri idi və klubu İFA-nın ilk prezidenti seçilən klubun kapitanı Artur Pember təmsil edirdi. "N. N" İFA-nın qurucularından biri kimi müəyyən reputasiyaya sahib olsa da və 1866-cı ildə yalnız Assosiyasiyanın qanunları ilə oynayan 3 klubdan biri olsa daAlong with Barnes and Crystal Palace: Bell's Life in London and Sporting Chroncile (2288): 7. 24 February 1866. klub heç vaxt elit klublardan biri sayılmırdı və 1868-ci ildə Artur Pemberin mühacirətindən sonra kluba maraq azaldı. 1869–70 mövsümündə klub tez-tez yeni kapitan Tebbutt iştirak etmədən oynamaq məcburiyyətində qalırdı və klubun 5 fevral 1870-ci ildə "Apton Park" klubuna qarşı keçirdiyi və məğlubiyyətlə başa çatan son qeydə alınmış matçı zamanı yalnız yeddi oyunçusu oynamağa gəlmişdir.
Klub həmin ay İngiltərə Futbol Assosiasiyasının illik yığıncağına nümayəndə heyətini göndərmiş və 3 mart 1870-ci ildə "N. N"-nin iki oyunçusu İngiltərə ilə Şotlandiya arasında keçirilən ilk təmsilçi oyunda iştirak etmişdi, lakin sonradan dərc edilmiş matç siyahılarında klubun hər-hansı fəaliyyəti barədə bəhs olunmur və klub adına hər-hansısa əlavə nəticələr mövcud deyil.e.g. 1871-ci ildən etibarən klubun adı Futbol Assosiasiyasının üzvlərinin siyahısında hallanmır.
1871-ci ildə yaranan "Brondsbri" klubu "N. N"-nin dirçəlşi hesab olunurdu. və klubun adı tez-tez "Brondsbri N. N." kimi çəkilirdi.
İstinadlar
Kateqoriya:Ləğv edilmiş İngiltərə futbol klubları Kateqoriya:Ləğv edilmiş London futbol klubları Kateqoriya:Kamden-Taunda idman Kateqoriya:Brent borosunda idman Kateqoriya:1863-cü ildə İngiltərədə yarananlar Kateqoriya:1863-cü ildə yaradılmış futbol klubları Kateqoriya:1870-ci ildə ləğv edilmiş futbol klubları