Roman Boçkala (; ) — Ukraynalı jurnalist, müharibə müxbiri, ictimai xadim. Bioqrafiya Əslən Krımdakı Cankoy şəöhərindəndir. 17 yaşından jurnalist fəaliyyəti ilə məşquldur. Əvvəlcə qəzetdə, sonra 11-ci kanalda, sonra isə Qara Dəniz Yayım Şirkətində işləyib. Taurida Milli Universitetinin İdarəetmə fakültəsində qiyabi ali təhsil alıb.

2005-ci ildə Boçkalanın dediyinə görə, o, hücuma məruz qalıb, nəticədə onu asıb, döyüblər (topuğunun üçqat sınığı, diz sınığı, körpücük sümüyü, qabırğaların sınması) və qarda huşsuz vəziyyətdə qalıb. Həmin vaxt o, narkotik ticarəti və metal qırıntılarının qəbulu məntəqələrinin polis tərəfindən “örtülməsi” faktlarını araşdırırdı.

2007-ci ildə İnterşkolaya daxil olub, sonra 2008-ci ildə Kiyevə köçüb və İnter telekanalında işləməyə başlayıb.

Müxbir kimi o, İran, Əfqanıstan, Suriya, Somali, Konqo DR, Kosovo, Livan, Ruanda, Liberiya, Misir, Cənubi Osetiya, dağlıq Abxaziya, İordaniya, TürkiyədəЖурналіст Роман Бочкала оголосив про звільнення з телеканалу «Інтер» // Радіо Свобода, 08.08.2016. hərbi və mülki münaqişələri işıqlandırıb.

2013-cü ildə Stop Corruption TV News Agency MMC-nin həmtəsisçisi olur.

2014-cü ildən o, Ukraynanın şərqindəki müharibə hadisələrini işıqlandırıb. Slavyansk tutulduqdan sonra o, separatçıların nəzarətində olan əraziyə gedib, orada separatçılar tərəfindən saxlanılıb və döyülüb. 8 iyul 2014-cü ildə Luqansk yaxınlığında əlindən xəsarət alır, onun hərbi həmsöhbəti Dmitri Gerasimçuk isə başından qəlpə yarasından dünyasını dəyişirЗнімальна група «Інтера» потрапила під мінометний обстріл. Роман Бочкала отримав травми внаслідок падіння з висоти // Телекритика, 09.07.2014..

2016-cı ilin aprel-may aylarında “Open the World” mübadilə proqramı çərçivəsində ABŞ-da korrupsiya ilə mübarizə üzrə təcrübə keçibЖурналіст Роман Бочкала поїде на стажування у США за програмою «Відкритий світ» // Детектор медіа, 14.03.2016.. 2016-cı ilin avqustunda “İnter” telekanalından istefa verib.

Sosial fəaliyyət 2015-ci ildə həmfikirləri ilə birlikdə məmurlar və hakimlər arasında korrupsiya özbaşınalığının aradan qaldırılması məqsədilə jurnalist araşdırmaları və hüquq müdafiəsi fəaliyyəti ilə məşğul olan “Korrupsiyaya son” ictimai təşkilatını - jurnalistlərin, hüquqşünasların və qayğıkeş ictimai fəalların birliyini qurub. Bu nirlik korrupsioner gömrükçülərə, qeyri-qanuni odunçulara və faydalı qazıntı mədənçilərinə müqavimət göstərir.

2016-cı ilin iyun ayından Ukrayna Milli Antikorrupsiya Bürosu yanında İctimai Nəzarət Şurasının üzvüdürCклад Ради громадського контролю — Національне антикорупційне бюро..

2016-2017-ci illərdə Ukrayna Baş Prokurorluğunun yerli prokurorların rəhbərliyinin seçilməsi üzrə Kiyev Müsabiqə Komissiyasının üzvü olubБочкала Роман Олександрович — Фейк Актив..

ABŞ Sülh Korpusunun Ukraynada könüllüdür.

Fərqləmə nişanları "Gümüş qələm" jurnalist müsabiqəsinin qalibi (2006)

Ukraynanın əməkdar jurnalisti fəxri adı (2013)Роман Бочкала, Ігор Татарчук, Олександр Бондаренко та інші стали заслуженими журналістами (СПИСОК) // Детектор медіа, 06.06.2013.

Ukrayna Ali Radasının "ATO zonasında fədakar əməyə görə" təşəkkürü (2014)

"Reportyor" nominasiyasında "Teletriumf" mükafatı (2015)Переможці «Телетріумфу» // Медіаграмотність, 02.12.2015.

Ukrayna Müdafiə Nazirliyinin fərqləriДарина Ткачук. Роман Бочкала: Я абсолютно впевнений, що ефективність боротьби з корупцією в Україні значно зросла… // Стопкор, 21.10.2017.. Mənbə

İstinadlar

Kateqoriya:Ukrayna jurnalistləri