Kholat — Polşa tərtibatçıları IMGN. PRO tərəfindən hazırlanmış sağ qalma oyunudur. Burada oyunçu 1959-cu ilin fevralında Kholat Syakhlda itkin düşən doqquz rus kollec tələbəsinin addımlarını izləyən baş qəhrəmanı idarə edir. Oyun 9 iyun 2015-ci ildə Steam Store-da çıxdı. 14 may 2020-ci ildə Nintendo Switch üçün də buraxıldı. 2020-ci ildə Phoenixx vasitəsilə Yaponiyada buraxıldı.Kholat coming to Switch on may 14
Süjeti Oyun, oyunçu qatarla İvdelə çatmazdan əvvəl Dyatlov keçidi hadisəsinin təfərrüatlarını izah edən bir rəvayətçinin tərəfindən səsləndirilməsi ilə açılır. Tuneldən çıxdıqdan sonra oyunçu yerdəki bir dəliyə düşür, lakin oyuncu özünü bivouac sahəsinin yaxınlığında tapır. Oyanan oyunçu meteorit, parlayan yazıları olan sütuna bənzər daşlar, insana bənzər fiqurlardan ibarət parlayan krater tapır. Oyunçu tərk edilmiş kilsə, kosmodrom və bir neçə düşərgə kimi çoxlu diqqətəlayiq yerləri araşdırır. Həmçinin düşmən və kölgəyə bənzər canlılar tərəfindən təqib edilən oyunçu, nəyin bahasına olursa olsun onlardan qaçmalıdır. Oyunun 22-ci bölməsində "subyekt" adlandırılan məhkumlar üzərində qeyri-insani eksperimentlər aparılırdı. Bölmədəki oyunçu Vitalij, Anomaliya ilə əlaqədar Dyaltlov aşırımı hadisəsi qurbanlarının yerini müəyyən etmək üçün göndərildi, lakin onların cəsədlərinin dəhşətli vəziyyətdə tapılması nəticəsində açıqlana bilməyən psixi pozğunluq yaşadı. Daha sonra o, arvadı Viktoriyaya dəlilik halında hücum etdi və Viktoriyanın bacısını öldürməkdə şübhəli bilinərək həmişəlik Moskvada sığınacağında saxlanıldı.Análise: Kholat Nəhayət, qorxulu keçidə çatan oyunçu yenidən havaya qalxan daşlarla qarşılaşır və dəftərini açanda səhifələr küləyə doğru uçmağa başlayır. Qaranlıqda oyanan oyunçu, narıncı parıltıya tərəf çəkilir. Çadır tapıb içəri daxil olurlar və qadın qışqırtısı eşidilən kimi ekran qaralır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Macəra videooyunları Kateqoriya:2015-ci ilin videooyunları Kateqoriya:Hadisələrin Rusiyada cərəyan etdiyi videooyunlar Kateqoriya:Xbox One videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Nintendo Switch videooyunları Kateqoriya:Windows videooyunları