Cəbrayıl İbrahim oğlu Məmmədov () — Sovet dövrü fəaliyyət göstərmiş azərbaycanlı iqtisadçı, dövlət və siyasi xadim.

Həyatı 1910-cu ildə Rusiya imperiyasının İrəvan quberniyasının Yaycı kəndində anadan olmuşdur. 1939-cu ildən Kommunist Partiyasına üzv olmuşdur. 1934-cü ildən 1952-ci ilə qədər Ağcabədi rayonundakı maşın-traktor stansiyasında aqrotexnik, daha sonra Culfa rayonu Yaycı kənd məktəbində direktor vəzifələrində çalışmışdır. Bu vəzifəsindən sonra rayon təhsil şöbəsinin müdiri təyin olunmuş, burada bir neçə il çalışdıqdan sonra rayon Kommunist partiyası təşkilatının sədri vəzifəsinə təyin edilmişdir. O, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində də çalışmış, bundan başqa 2-ci və 3-cü çağırış SSRİ Ali Sovetinin deputatı seçilmişdir.

İkinci Dünya müharibəsində iştirak etmiş və yaralanmışdır.

1976-cı ildə vəfat etmişdir.

Mükafatları Lenin ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni

İstinadlar

Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:2-ci dərəcəli "Vətən müharibəsi" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ Ali Sovetinin II çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Məktəb direktorları Kateqoriya:Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədrləri Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin II çağırış deputatları