I Marqarita (; ) — Fransa kralı V Filippin böyük qızı, Artes və Burqundiya qrafinyası.Jackson, Guida M. (1999). Women Rulers Throughout the Ages: An Illustrated Guide. ABC-CLIO O, həmçinin Flandriya qrafı I Lüdovikin xanımı, Flandriya qrafinyası oldu.
Ancaq ərinin 1346-cı ildə Kresi döyüşündə həlak olmasının ardından yeganə oğlu II Lüdovik qraf elan edildi və azyaşlı olması səbəbilə, Marqarita onun naibəsi təyin edildi. 1357-ci ildə adaşı olan nəvəsi Marqaritanı bacısı Jannanın nəvəsi və varisi I Filipplə evləndirdi. Məqsəd valideynlərindən miras qalan Artes və Burqundiya qraflıqlarını əldən qaçırmamaq idi. Ancaq bu cütlüyün övladı olmadı və 1361-ci ildə I Filippin vəfatının ardından Artes və Burqundiya qraflığı nənə Marqaritanın əlinə keçdi.
Nəvə Marqaritanı isə 1369-cu ildə Fransa kralı II Conun oğlu Cəsur Filiplə evləndirdi.
1382-ci ildə nənə Marqarita vəfat etdi və bütün mülkləri 2 il sonra vəfat edəcək yeganə oğlu II Lüdovikə miras qaldı. Onun ölümündən sonra isə bu mülk və ünvanlar nəvəsi Marqaritaya miras qaldı.
Mənbə
Henneman, John Bell (1971). Royal Taxation in Fourteenth-Century France: The Development of War Financing, 1322-1359. Princeton University Press
İstinadlar