Çan Thyen Khyem (, ; ) — Cənubi Vyetnam hərbçisi və siyasətçisi, Cənubi Vyetnamın baş naziri (1969–1975). Tran Thien İndokina imperatorları sülaləsinə mənsubdur və Asiyanın ən güclü tarixi fiqurlarından biri hesab olunur.

Həyatı 12 iyul 1947-ci ildə Vyetnam Milli Hərbi Akademiyasını bitirmişdir. Vyetnam Milli Ordusunda xidmət etmişdir. 1951-ci ildə kapitan, 1954-cü ilin iyulunda mayor rütbəsinə yüksəlmişdir. 1957-ci ildə polkovnik rütbəsi ilə Baş Qərargah rəisinin müavini, oktyabr ayında isə Birləşmiş Baş Qərargah rəisi vəzifələrində çalışmışdır.Tucker, pp. 526–33.

1969-cu ilin sentyabrında baş nazir və müdafiə naziri olmuşdur. O, 1975-ci ilin aprel ayına qədər bu vəzifədə qalmışdır. Sonradan ölkəni tərk etmişdir.Willbanks, pp. 240–60.

23 iyun 2021-ci ildə ABŞ-də, Kaliforniyanın San-Xose şəhərində vəfat etmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Əlavə ədəbiyyat

Kateqoriya:Cənubi Vyetnam hərbçiləri Kateqoriya:Cənubi Vyetnam siyasətçiləri Kateqoriya:Cənubi Vyetnam baş nazirləri