Alma almaya bənzər — rejissor Arif Babayev tərəfindən 1975-ci ildə ekranlaşdırılmış lirik kinokomediya filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir. Filmdə əsas rolları Hüseynağa Sadıqov, Fazil Salayev, Səfurə İbrahimova, Həsən Məmmədov, İnarə Quliyeva və Hacıbaba Bağırov ifa edirlər.“Alma almaya bənzər” dini mövzudaymış: Sovet senzurasını ələ salan Azərbaycan filmi

Məzmun Lirik kinokomediyanın baş qəhrəmanı Nadir babadır (Hüseynağa Sadıqov). O, ömrü boyu bağbanlıq edib, bir-birindən gözəl almalar yetişdirir. Onun təhsili olmasa da biliklərə, elmə həmişə can atıb, tumsuz alma sortu yetişdirmək istəyib. Nəhayət o, buna gərgin əmək və təcrübələr sayəsində nail olur. Gözəl, sehrli almalar adamlara xoşbəxtlik gətirir. Məsələn, sürücü Qurban (Həsən Məmmədov) gənc kolxozçu qız Mədinəyə (Səfurə İbrahimova) vurulur, müəllimə (İnarə Quliyeva) dəcəl uşaqlarla dostlaşır, kobud poçtalyon mehriban, telefonçu (Suğra Bağırzadə) isə diqqətli olur, yeddi qız atası Haşımın (Əhməd Əhmədov) ailəsində nəhayət oğlan uşağı doğulur. Lakin almalar möcüzə yaratdığı kimi, sehrli meyvənin hesabına varlanmaq istəyənlər də meydana çıxır...Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.85.

Film insanları düzlüyə, bir-birinə hörmət etməyə çağırır, xoşbəxtliyin yalnız halal zəhmətdə olduğunu göstərir.

Filmin üzərində işləyənlər Ssenari Müəllifi : Alla Axundova Quruluşçu Rejissor : Arif Babayev Quruluşçu Operator : Valeri Kərimov Quruluşçu Rəssam : Firəngiz Qurbanova Geyim Rəssamı : Arif Əbdürrəhmanov Bəstəkar : Ramiz Mirişli Səs Operatoru : Əziz Şeyxov Rejissor : Əşrəf Mamayev Montaj edən : A. Abramova Qrim Rəssamı : N. Veselova Rejissor Assistenti : Rauf Gözəlov, Ziya Şıxlinski, E. Muradova Operator Assistenti : Rəsul Bayramov(R. Bayramov kimi) Assistent : A. Şahbazov, İ. Kopanets Quraşdırılmış Səhnələrin Rəssamı : Mirzə Rəfiyev Quraşdırılmış Səhnələrin Operatoru : Ramiz Babayev İşıq Ustası : V. Qorbaçov Redaktor : İsi Məlikzadə Filmin Direktoru : Əli Məmmədov (III) Mahnıları İfa edən : Flora Kərimova, Mirzə Babayev, Anatollu Qəniyev Filmin Direktorunun Müavini : Nadir Əliyev Çalır : SSRİ Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Fotoqraf-rəssam: Pərviz Quliyev

Rollarda Hüseynağa Sadıqov — Nadir Fazil Salayev — Mehdi Səfurə İbrahimova — Mədinə Həsən Məmmədov — Qurban İnarə Quliyeva — Aişə Hacıbaba Bağırov — Məmmədəli Firəngiz Abbasova — Güllü Əhməd Əhmədov — Haşım Cəmil Quliyev — Kərimov Rauf Gözəlov — Həsən Suğra Bağırzadə — telefonçu qız Tələt Rəhmanov — milis işçisi Nadir Əsgərov — Mürvət Zemfira Sadıqova — Haşımın arvadı Süsən Məcidova — Haşımın qayınanası H.Şabanov Arif Mədətov — Həsənin işçisi Əminə Nağıyeva — tibb bacısı Sergey Filippov — üç idarədə işləyən şəxs rolunda Əsgər Məmmədoğlu - Xəstəxanada növbədə gözləyən ata Ramiz Əzizbəyli - Satıcı Yusif Yulduz - Satıcı Ramiz Məmmədov (aktyor) - Satıcı

Filmi səsləndirənlər: Səməndər Rzayev - Nadir (Hüseynağa Sadıqov (aktyor) ) (titrlərdə yoxdur) Yaşar Nuri - Mehdi (Fazil Salayev) (titrlərdə yoxdur) Əminə Yusifqızı - Mədinə (Səfurə İbrahimova) (titrlərdə yoxdur) Amaliya Pənahova - Aişə (İnarə Quliyeva) (titrlərdə yoxdur) Mirvari Novruzova - Güllü (Firəngiz Abbasova) (titrlərdə yoxdur) Ağaxan Salmanlı - Aşot (Əhməd Əhmədov (aktyor)) (titrlərdə yoxdur) Pərviz Abbasov - Kərimov (Cəmil Quliyev (rejissor)) (titrlərdə yoxdur) Ramiz Əzizbəyli - Həsən (Rauf Gözəlov) (titrlərdə yoxdur) Yusif Vəliyev - üç idarədə işləyən şəxs rolunda (Sergey Filippov)(titrlərdə yoxdur)

İstinadlar

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 33. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 190.

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:1975-ci ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Arif Babayevin filmləri Kateqoriya:Qubada çəkilən filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Mədəniyyətdə almalar Kateqoriya:SSRİ nağıl filmləri Kateqoriya:SSRİ-nin komediya filmləri