Baldomero Espartero () — İspaniya hərbi və dövlət xadimi, general.
1808-ci ildən fransız işğalçılarına qarşı hərbi əməliyyatlarda iştirak etmiş, 1815–23-cü illərdə İspaniyanın Cənubi Amerika müstəmləkələrində üsyançılara qarşı ispan ordusunun tərkibində döyüşmüşdür. 1833–44-cü illərdə Birinci Karlist müharibәsi zamanı hökumət birləşmələrinə komandanlıq etmişdir. Siyasi mübarizədə proqressistlərin lideri kimi çıxış edirdi. 1840-cı ilin sentyabrında inqilabi xuntanın dəstəyi ilə hökumət başçısı olub, 1841-ci ilin mayında isə korteslər tərəfindən krallığın vahid regenti seçilib. 1843-cü ilin iyulunda Narvaesin rəhbərlik etdiyi üsyan nəticəsində devrilmiş və Böyük Britaniyada mühacir həyatı yaşamışdır.
İstinadlar
Kateqoriya:İspaniya baş nazirləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri