thumb|Tsukioka Yoshitoşinin bir əsərində. və ya – Yaponiya folklorunda əfsanə.
Əfsanə Əfsanəyə görə VI əsrdə Senso məbədinin yerləşdiyi ərazi Asaciqahara adı ilə tanınırdı. İnsanların seyrək məskunlaşdığı bu ərazidən keçən yolçular qaranlıq düşəndə azmamaq və soyulmamaq üçün göl qırağında yerləşən köhnə bir daxmada gecələməli olurdular.
Daxmanın sahibləri "İfritə" kimi tanınan yaşlı qadın və onun qızı idilər. Yaşlı qadın evində gecələməyə gələn yolçuları yuxularında öldürü, başlarını bir daş parçası ilə əzir, pullarını oğurlayırdı. Daha sonra cəsədlərini gölə atırdı. Qızı isə onun bu etdiklərindən dəhşətə düşürdü.
Yaşlı qadının qurbanlarının sayı 999-a çatandan sonra bir gün bir uşaq gecə onun daxmasında gecələməyə gəlir. Həmişəki kimi yaşlı qadın heç bir tərəddüd etmədən onun başını daşla əzir və öldürür. Lakin öldürdüyü şəxsin əslində öz qızı olduğunu görür. Qızı onun bu əməllərini dayandırmaq üçün özünü qurban edir.
Ümidsiz və kədərli vəziyyətə düşən yaşlı qadın həmin gecə evinə gəlmiş uşağın əslində Senso məbədinin kannonu olduğunu öyrənir. Hekayənin bir versiyasında buddist ilahəsi yaşlı qadını əjdahaya çevirir, lakin bir çox versiyada yaşlı qadın özünü gölə ataraq öldürür və ya rahibə olaraq həyatının qalan hissəsində öldürdüyü şəxslər üçün dua edir.
Populyar mədəniyyətdə thumb|Ubaqayke gölməçəsi. Əfsanə Edo dövrünün bir çox ukiyo-e sənətçisi (Utaqava Kuniyoşi və Hiroşiqe kimi), şair və kabuki drammaturqu üçün ilham mənbəyi olmuşdur.
Tokionun Tayto rayonunda yerləşən əfsanədə bəhs olunan göl olduğu düşünülür. Bu gölməçə keçmişdə Sumida çayının sahilinə qədər uzanan böyük göl olsa da, XX əsrdə böyük hissəsi qurudulmuşdur. Hazırda gölməçə ərazisində uşaq parkı və əfsanəyə həsr olunmuş abidə yerləşir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya əfsanələri Kateqoriya:Oni (iblis) Kateqoriya:Tokio mədəniyyəti Kateqoriya:Tayto