Qoşulmama Hərəkatı (; NAM) — özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu, 18 dövlət və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi forum.
Hərəkat Soyuq müharibə şəraitində inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiə olunmasına xidmət etmək məqsədilə yaradılmışdır. Birləşmiş Millətlər Təşkilatından sonra QH dünya miqyasında dövlətlərin ən böyük qruplaşmasıdır.
Tarixi Hərəkat Koreya müharibəsindən sonra, Soyuq müharibə dövründə dünyanın sürətlə ikiqütblüləşməsinə qarşı müəyyən ölkələrin tarazlaşdırıcı qüvvə yaratmaq cəhdi kimi meydana gəlmişdir. Bu dövrdə iki böyük güc bloklar formalaşdıraraq dünyanın qalan hissəsini öz təsir dairələrinə cəlb etməyə yönəlmiş siyasət həyata keçirirdi. Bunlardan biri, ən tanınmış ittifaqı Varşava Müqaviləsi Təşkilatı olan sovetmeyilli sosialist blok, digəri isə əksəriyyəti NATO-ya daxil olan, ABŞ-ın rəhbərlik etdiyi kapitalist ölkələr qrupu idi. 1961-ci ildə 1955-ci il Bandunq konfransında razılaşdırılmış prinsiplərə əsaslanaraq, Qoşulmama Hərəkatı Yuqoslaviya Sosialist Federativ Respublikasının paytaxtı Belqradda rəsmi olaraq yaradıldı. Hərəkatın yaradılması təşəbbüsünə Yuqoslaviya prezidenti İosip Broz Tito, Misir prezidenti Camal Əbdül Nasir, Hindistanın baş naziri Cəvahirləl Nehru, Qananın prezidenti Kvame Nkrumah və İndoneziya prezidenti Sukarno rəhbərlik etmişdilər.
Bu, Qoşulmama Hərəkatına daxil olmayan ölkələrin dövlət və ya hökumət başçılarının ilk Konfransının keçirilməsinə gətirib çıxardı. Təşkilatın məqsədi Fidel Kastro tərəfindən 1979-cu ildə qəbul edilmiş Havana Bəyannaməsində belə ümumiləşdirilmişdi: Qoşulmayan ölkələrin “müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə” onların “imperializmə, müstəmləkəçiliyə, neomüstəmləkəçiliyə, irqçiliyə və xarici təcavüzün, işğalın, hökmranlığın, müdaxilənin və ya hegemonluğun bütün formalarına, habelə böyük güclər və bloklar siyasətinə qarşı mübarizəsində” təminat verməkdən ibarət idi."Pakistan & Non-Aligned Movement" . Board of Investment Government of Pakistan. 2003.
Qoşulmama Hərəkatına üzv ölkələr Birləşmiş Millətlər Təşkilatının üzvlərinin təxminən üçdə ikisini təşkil edir və dünya əhalisinin 55%-ni əhatə edir. Üzvlük əsasən inkişaf etməkdə olan ölkələr hesab olunan dövlətlər arasında cəmləşsə də, Qoşulmama Hərəkatına bir sıra inkişaf etmiş ölkələr də daxildir.
Qoşulmama Hərəkatı ən böyük təsirini 1950-ci illərdə və 1960-cı illərin əvvəllərində göstərmişdir. Bu dövrdə qoşulmama siyasəti dekolonizasiya, silahsızlaşdırma, irqçiliyə qarşı mübarizə və Cənubi Afrikada aparteidə qarşı mübarizə sahələrində mühüm nəticələr əldə etmişdir. Hərəkat bir sıra üzvlər arasında müxtəlif münaqişələrin mövcud olmasına və bəzi üzvlərin Sovet İttifaqı, Çin və ya ABŞ ilə daha sıx əlaqələr qurmasına baxmayaraq, bütün Soyuq müharibə dövrü ərzində fəaliyyətini davam etdirmişdir. 1991-ci ildə Soyuq müharibənin başa çatmasından sonrakı dövrdə isə hərəkat çoxtərəfli əlaqələrin və münasibətlərin inkişafına, eləcə də dünyanın inkişaf etməkdə olan dövlətləri, xüsusilə Qlobal Cənub ölkələri arasında birliyin gücləndirilməsinə diqqət yetirmişdir.
Hərəkata üzv ölkələrin başçıları səviyyəsində 19 sammit keçirilib. Bu hərəkatın üzvü olan 54 ölkə Afrika, 37-i Asiya, 26-sı Latın Amerikası və 2-si Avropa, 2-si Okeaniyayadadır.
Təşkilati struktur və üzvlük Hərəkatın yaranması geosiyasi/hərbi struktur çərçivəsində hər hansı ittifaqa qoşulmamaq istəyindən irəli gəldiyinə görə, onun özünün də çox sərt təşkilati strukturu yoxdur. Təşkilati fəaliyyətin bəzi əsas prinsipləri 1996-cı ildə qəbul edilmiş Cartagena Document on Methodology sənədində müəyyən edilmişdir. Qoşulmayan Dövlətlərin Dövlət və ya Hökumət Başçılarının Zirvə Konfransı “ən yüksək qərar qəbuletmə orqanıdır”. Sədr ölkələr arasında rotasiya qaydasında dəyişir və hər bir dövlət və ya hökumət başçılarının sammitində sammiti təşkil edən ölkəyə keçir.
Qoşulmama Hərəkatına üzvlük tələbləri Birləşmiş Millətlər Təşkilatının əsas prinsipləri ilə üst-üstə düşür. Hazırkı tələblərə görə, namizəd ölkə 1955-ci ildə müəyyən edilmiş on “Bandunq prinsipi”nə uyğun təcrübə nümayiş etdirməlidir:
Əsas insan hüquqlarına, eləcə də BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət. Bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət. Milli müstəqillik uğrunda hərəkatların tanınması. Bütün irqlərin və böyük və kiçik olmasından asılı olmayaraq bütün dövlətlərin bərabərliyinin tanınması. Başqa dövlətin daxili işlərinə müdaxilə və ya qarışmaqdan çəkinmək. Hər bir dövlətin BMT Nizamnaməsinə uyğun olaraq fərdi və ya kollektiv şəkildə özünü müdafiə etmək hüququna hörmət. Hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı təcavüz aktlarından və ya təcavüz hədələrindən, yaxud güc tətbiqindən çəkinmək. Bütün beynəlxalq mübahisələrin BMT Nizamnaməsinə uyğun olaraq dinc vasitələrlə həll edilməsi. Qarşılıqlı maraqların və əməkdaşlığın təşviqi. Ədalətə və beynəlxalq öhdəliklərə hörmət.
Zirvə toplantıları thumb|270x270px|Qoşulmama Hərəkatının 1-ci zirvə toplantısı, Belqrad thumb|270x270px|Qoşulmama Hərəkatının 16-cı zirvə toplantısı, Tehran №TarixKeçirildiyi ölkəKeçirildiyi şəhərŞüar1-ci1–6 sentyabr 1961Belqrad2-ci5–10 oktyabr 1964Qahirə3-cü8–10 sentyabr 1970Lusaka4-cü5–9 sentyabr 1973Əlcəzair5-ci16–19 avqust 1976Kolombo6-cı3–9 sentyabr 1979Havana7-ci7–12 mart 1983Yeni Dehli8-ci1–6 sentyabr 1986Harare9-cu4–7 sentyabr 1989Belqrad10-cu1–6 sentyabr 1992Cakarta11-ci18–20 oktyabr 1995Kartexena12-ci2–3 sentyabr 1998Durban13-cü20–25 fevral 200314-cü15–16 sentyabr 2006Havana15-ci11–16 iyul 2009Şərm əş-ŞeyxSülh və inkişaf üçün beynəlxalq həmrəylik16-cı26–31 avqust 2012TehranBirgə qlobal idarəetmə vasitəsilə davamlı sülh17-ci13–18 sentyabr 2016Porlamarİnkişaf üçün sülh, suverenlik və həmrəylik18-ciBakıMüasir dünyanın çağırışlarına razılaşdırılmış və adekvat cavab vermək üçün Bandunq prinsiplərini dəstəkləmək19-cuyanvar 2024Xartum
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Təşkilatlar Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Beynəlxalq konfranslar Kateqoriya:Soyuq müharibə Kateqoriya:XX əsrdə beynəlxalq münasibətlər Kateqoriya:XXI əsrdə beynəlxalq münasibətlər Kateqoriya:Yuqoslaviya tarixi