thumb|"Endurans" gəmisi, Antarktik okean, 1915-ci il, şəklin müəllifi Frank Hörlidir. İmperial Trans-Antarktika ekspedisiyası 1914–1917-ci illəri əhatə edən, Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrünün sonuncu əsas ekspedisiyasıdır. Ser Ernest Şeklton tərəfindən irəli sürülən bu ekspedisiyanın məqsədi Antarktida qitəsi üzərində ilk quru keçidini etmək idi. Bu keçid Roald Amundsenin 1911-ci ildəki Cənub qütbünə ekspedisiyasından sonra Şekltonun ifadəsi ilə "Antarktika səyahətlərinin ən əsas obyekti" kimi qaldı.Shackleton 1919, p. xi. Şekltonun səyahəti bu obyektivi tamamlamaqda uğursuz olsa da, dramatik dözümlülük mübarizəsi kimi böyük şöhrət qazanır.
Şeklton bu səyahətə başlamazdan əvvəl 1901–1904-cü illərdə Britaniya Milli Antarktika ekspedisiyasında xidmət etmiş və 1907–1909-cu illərdə Nimrod ekspedisiyasına rəhbərlik etmişdi. Bu yeni avantürasında o, Veddell dənizinə yelkən açmağı və buradan Vahsel körfəzi ilə quruya çıxaraq, Cənub qütbü üzərindən Ross dənizinə qədər getməyi təklif edir. Bu müddət ərzində Ross dənizi partiyası adlanan dəstək qrupu Mak-Medro boğazında düşərgə qurmalı, buradan Ross şelf buzlağı boyunca, Birdmor buzlağının ayağına qədər olan ərazidə təminat anbarları yerləşdirməli idi. Qurudan yürüş əməliyyatını icra edəcək əsas qrup özləri ilə yetərincə təchizat götürməyəcəklərinə görə bu anbarlar onların sağ qalması üçün həyati əhəmiyyət daşıyırdı. Ekspedisiya iki gəmiyə ehtiyac duyurdu: Şekltonun rəhbərliyindəki Veddell dənizi qrupu üçün "Endurans" və Eneas Makintoş rəhbərliyindəki Ross dənizi qrupu üçün "Aurora".
Ekspedisiyanın əvvəlindəcə "Endurans" gəmisi hələ Vahsel körfəzinə çata bilmədən Veddell dənizindəki buzlaqlara ilişir. Şimal istiqamətində hərəkət edərək buzlaqların əhatəsindən xilas olmağa cəhd etsə də, 1915-ci ilin bütün qışını olduqları yerdə keçirməyə məcbur qalırlar. Buz kütləsinin gəmi ilə toqquşması nəticəsində gəmi batır və təchizatdan yoxsun 28 nəfər heyət üzvü buz üzərində qalır. Üzərində olduqları buzun şimal istiqamətində hərəkəti səbəbindən tez-tez müvəqqəti düşərgələr qurmağa məcbur olan heyət bir neçə ay sonra gəmidən xilas edə bildikləri qayıqlarla yaşam üçün əlverişsiz Fil adasına ayaq basır. Ardınca, Şeklton və beş digər qrup üzvü Ceyms Kerd açıq qayığı ilə 1300 km məsafədə üzərək Cənubi Georgiya adalarına çatmağı bacarır. Şeklton buradan Fil adasında qalan heyət üzvlərini qurtarmaq üçün xilasetmə missiyası təşkil edir və heç bir insan itkisi olmadan bütün qrup xilas edilir. "Endurans"ın gözlənilməz səviyyədə yaxşı qorunmuş qalıqları 2022-ci ildə dəniz dibində tapılır.
Qitənin digər tərəfindəki Ross dənizi qrupu bütün çətinliklərə baxmayaraq, öz missiyasının öhdəsindən gəlməyi bacarır. "Aurora" fırtına vaxtı körfəzdən aralanır ve geri qaytarmaq mümkün olmur. Nəticədə, sahilə çıxmış qrup müvafiq təminat və təchizatsız qalır. Heyət onlara tapşırılan bütün anbarları quraşdıra bilsə də, xilas edilənə qədər üç nəfər həlak olur.
Hazırlıqlar
Mənşə upright=1.35|thumb|Antarktidanın xəritəsi üzərində, Veddell dənizi ətrafındakı oxlarla "Endurans" gəmisinin hərəkəti, gəminin batması, Ceyms Kerdin səyahəti göstərilir.
1907–1909-cu illərdəki Nimrod ekspedisiyasından sonra Ernest Şekltonun nailiyyətləri ona böyük şan-şöhrət gətirsə də, tədqiqatçı heç vaxt rahatlıq tapa bilmir, yenidən macəralara qayıtmaq həvəsi onu bu işə qaytarırdı. 1912-ci ildən etibarən onun gələcək Antarktika planları 1910-cu ildə Kardiffdən yola çıxan Robert Skottun Terra Nova ekspedisiyası və onunla paralel Roald Amundsenin rəhbərliyi ilə təşkil olunan Norveç ekspedisiyasının nəticələrinin əsasında formalaşmağa başlayır. Amundsenin Cənub qütbünü fəth etməsi haqqında xəbər 11 mart 1912-ci il tarixində Şekltona çatır və bu hadisəyə belə cavab verir: "Cənub qütbünün kəşfi Antarktikanın araşdırılmasının sonu olmayacaq."Huntford 1975, p. 50. O, qeyd edir ki, növbəti həyata keçirilməli iş qütb üzərindən keçməklə qitəni dənizdən dənizə səyahət etməkdir. Bunu deyərkən o, artıq bu sahədən olan başqalarının da belə bir niyyəti olduğundan xəbərdar idi.
11 dekabr 1911-ci ildə səyyah Vilhelm Filxner rəhbərliyindəki alman ekspedisiyası Veddell dənizi sahillərində baza quraraq, buradan Ross dənizi istiqamətində qitəni quru yolu ilə keçmək üçün Cənubi Georgiyadan yelkən açır.Murphy pp. 87–102. Sahilə çıxa bilməyən Filxner 1912-ci ilin sonlarında Cənubi Georgiyaya geri qayıtmalı olur. Bununla belə, onun 78° cənub enliyi yaxınlığında, Vahsel körfəzindəki potensial quruya çıxma məkanları haqqındakı raportlarını Şeklton özü üçün qeyd edir və gələcək planlarında istifadə məqsədilə nəzərdə saxlayır.
Robert Skott və komanda üzvlərinin Cənub qütbündən qayıdarkən vəfat etməsi xəbəri 1913-cü ilin fevralında Londona çatır. Bu qaranlıq xəbərlərə baxmayaraq, Şeklton planlaşdırılmış səyahəti üçün ilkin hazırlıqlara başlamağa qərar verir. O, Skottun ekspedisiyasının üzvü olan norveçli səyyah Trüqqve Qran və keçmiş baş nazir Lord Rozberi də daxil olmaqla bir neçə nəfərə maddi dəstək üçün müraciət etsə də, müsbət geridönüş almaq mümkün olmur. Qran onun müraciətinə qaçağan cavab versə də, Rozberi qütblərin ona heç bir maraq kəsb etmədiyini qəti şəkildə bildirir.
Buna baxmayaraq, Şeklton istədiyi dəstəyi 1902–1904-cü illərdə Şotland Milli Antarktika ekspedisiyasına rəhbərlik edən Uilyam Speyrs Bryusdan ala bilir. Onun özü də 1908-ci ilə qədər Antarktidanı quru yolu ilə keçmək planları qursa da, istədiyi maddi dəstəyi cəlb edə bilməməsi səbəbindən bundan imtina etməli olmuşdu. Bryus öz planlarından istifadə etmək icazəsini də Şekltona verir, lakin sonradan açıqlanan cədvəl Şekltonun planlaşdırma məsələsində Bryusa çox az borclu olduğunu göstərir. Britaniya hökumətindən 10,000 funt-sterlinq dəyərində qrant alan Şeklton 29 dekabr 1913-cü ildə ekspedisiya planları haqqında ictimaiyyəti məlumatlandırması üçün "The Times" qəzetinə məktub göndərir.Huntford 1975, pp. 362–363.
Şekltonun planı Şeklton öz yeni səyahətini "İmperial Trans-Antarktika ekspedisiyası" adlandırmağa qərar verir və bunu belə izah edirdi ki, "bu araşdırma proqramının icrasına təkcə ada xalqı deyil, üzərində birlik bayrağının ("Union Jack") dalğalandığı bütün ərazilərdəki insanlar köməklik göstərməkdə istəklidir." O, 1914-cü ilin əvvəllərində ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək məqsədilə detallı proqram nəşr etdirir. Ekspedisiya iki qrup və iki gəmidən ibarət olacaqdı. "Endurans"ın göyərtəsində səyahət edəcək Veddell dənizi qrupu Vahsel körfəzində 14 nəfərlə sahilə çıxmalı, bunlardan Şekltonun rəhbərliyi altında quru yürüşünü icra edəcək altı nəfərlik əlavə bir xüsusi qruplaşma yaradılmalı idi. 69 it, iki motorlu xizək və başqa lazımi təchizatla təmin olunan həmin qruplaşma rəhbərlərinin öz təcrübəsindən qaynaqlanaraq verdiyi bütün göstərişləri uğurla icra edərək, Ross dənizinə qədər 2900 km-lik quru səyahəti etməli idi.Shackleton 1919, pp. xii–xv. Sahildə qalan digər səkkiz nəfərlik qruplaşma isə üçü Qreyam torpağı, üçü Enderbi torpağına getməklə, ikisi isə bazada yerləşməklə elmi iş aparmalı idi.
Planın ikinci fazasına görə qitənin qarşı tərəfində Ross dənizi qrupu Mak-Medro boğazında baza quracaqdı. Onlar burada sahilə çıxdıqdan sonra quru yolu ilə səyahəti icra edəcək qruplaşmanın yolu üzərində Birdmor buzlağına qədər təminat anbarları yerləşdirməli və elə buradaca gələn qruplaşma ilə görüşərək evə qayıtmalı idi. Ross dənizi qrupu da digər qrup kimi, yerləşdikləri müddət ərzində geoloji və digər müşahidələr aparacaqdı.
Maliyyələşdirmə thumb|right|Ekspedisiyaya korporativ sponsorluq etməsi üçün "Aurora" gəmisi "Shell" şirkəti tərəfindən təchiz edilən parafinlə doldurulur.
Şekltonun hesablamalarına əsasən, onun öz hazırladığı planı ən sadə halda icra etməsi üçün 50,000 funt-sterlinqə (indiki dəyəri 5,105,000 funt-sterlinq) ehtiyacı var idi.Fisher 1957, pp. 306–307. O, ictimaiyyətə müraciətlərin fayda verəcəyinə inanmırdı: "onlar sonsuz mühasibatlıq narahatlıqlarına səbəb olur."Huntford 1975, pp. 355–358. Onun maliyyə cəlb etmək üçün seçilmiş metodu zəngin dəstəkçilərə müraciət etmək idi, hansı ki, 1913-cü ilin əvvəllərində başladığı bu proses kiçik də olsa, müəyyən qədər uğurlu alındı. İlk qeydə dəyər ruhlandırma 1913-cü ilin dekabrında, Britaniya hökumətinin təklif etdiyi 10 min funtla gəlir. Kral Coğrafiya Cəmiyyəti isə heç gözləmədiyi halda bu səyahətə 1000 funt ayırmağa qərar verir. Əvvəlcədən qütb ekspedisiyalarına laqeydliyini dilə gətirən Lord Rozberi də öz növbəsində 50 funt-sterlinq kimi daha az məbləğ bağışlayır.
1914-cü ilin fevralında "The New York Times" qəzetində Şekltonun rəqibi, vəfat etmiş Robert Skottun yaxın dostu dramaturq Ser Ceyms Barrinin ona gizli şəkildə 50,000 dollar (təxminən 10,000 funt-sterlinq) bağışladığı haqqında xəbər çıxır. Birmingem tüfəng istehsalı müəssisəsindən Dadli Doker £10,000, tütün fabriki varisi Janet Stenkomb-Uills açıqlanmayan məbləğdəHuntford 1975, pp. 375–377., iyun ayında isə şotland sənayeçi Ser Ceyms Key Keyrd £24,000 həcmində maddi yardım göstərir. Şeklton sonradan "The Morning Post" qəzetinə açıqlamasında bildirir ki, "bu möhtəşəm hədiyyə onu bütün narahatlıqlardan xilas edib."
Şeklton artıq istədiyi vəsaiti toplaya bilmişdi. O, toplanılan vəsaitdən £14,000 xərcləyərək belçikalı səyyah Adrien de Jerlaşın rəhbərlik edəcəyi gözlənilən Şpitsbergen ekspedisiyası üçün inşa olunan 300 tonluq "Polaris" adlı barkentina tipli yelkənli dəniz gəmisini satın alır.Fisher 1957, p. 306.Shackleton 1919, p. xv.Huntford 1975, p. 370. Şeklton bu gəminin adını öz ailəsinin "dözümlülüklə fəth edirik" ("by endurance we conquer") şüarından ilhamlanaraq "Endurans"a dəyişdirir. Əlavə £3,200 xərclənərək Tasmaniya adasının Hobart şəhərində qalan, Duqlas Mousonun "Aurora" ekspedisiya gəmisi alınır. Bu gəmi Ross dənizi qrupu üçün nəzərdə tutulmuşdu.
Stenkomb-Uills tərəfindən bağışlanan qrantın məbləği bilinmədiyinə görə Şekltonun bu ekspedisiya üçün cəmi nə qədər vəsait toplaya bildiyi müəmmalı qalsa da, sonradan "Daily Mail" tərəfindən aparılan hesablamalarla bunun təxminən 80,000 funt-sterlinqə çatdığı iddia edilir. Bununla belə, maliyyə məsələsi Şeklton üçün problem olmağa davam edir və o, Ross dənizi qrupuna ayrılması nəzərdə tutulan vəsaiti sonradan yarıbayarı dəyərdə azaltmaq məcburiyyətində qalır. Bu haqda qrup komandiri Eneas Makintoş yalnızca öz missiyasını yerinə yetirmək məqsədilə Avstraliyaya çatdıqdan sonra xəbər tutur.Tyler-Lewis 2006, pp. 34–35. Makintoş ekspedisiyanın özünə aid olan hissəsini iflasdan xilas etmək üçün əlavə vəsait cəlb etmək məcburiyyətində qalır.Tyler-Lewis 2006, pp. 41–48. Ekspedisiyanın mənfəət gətirmə potensialı haqqında düşünən Şeklton isə eksklüziv xəbər hüquqlarını "Daily Chronicle" qəzetinə satır, həmçinin ortaya çıxa biləcək film hüquqlarından yararlanmaq məqsədilə "İmperial Tran-Antarktika Film Sindikatı"nın əsasını qoyur.
Şəxsi heyət thumb|upright|alt= Man with hair centre-parted, wearing high white collar with tie, and a dark jacket. His facial expression is serious|Ernest Şeklton, İmperial Trans-Antarktika ekspedisiyasının rəhbəri Əfsanəyə görə Şeklton öz ekspedisiyasına heyət toplamaq üçün Londonda belə bir elan verir: "Təhlükəli səyahət üçün insanlar axtarılır. Aşağı əmək haqqı, acı soyuq, uzun saatlar çəkən tam qaranlıq. Təhlükəsiz qayıdış şübhəlidir. Uğurlu olacağımız halda şan və şöhrət." Orijinal elan üçün axtarışlar uğursuzluqla yekunlaşır və bu əhvalat əsas etibarilə uydurma kimi tanınır.Shackleton Probably Never Took Out an Ad Seeking Men for a Hazardous Journey (Smithsonian Magazine) Şekltona ekspedisiyaya qoşulmaq üçün beş mindən çox müraciət daxil olur. Hətta, "üç idmançı qız"dan daxil olan maraqlı bir məktubda qeyd olunur ki, onlar səyahətə qoşulmaq üçün lazım olarsa, kişi geyiminə də keçə bilərlər.