Qadınlar Super Liqası və ya Azərbaycan Yüksək Qızlar Liqası — AFFA tərəfindən təşkil edilən Azərbaycanın ən yüksəksəviyyəli qadın futbol liqası.

SSRİ tarixi Həvəskar turnir 1972-ci illərdə SSRİ-də qadın futbolu aktuallıq qazanmağa başladı. Həmin illərdə çıxış edən bir çox futbolçu sərt tənqidlərlə üzləşdi. "Sağlamlıq" adlı qazetin bir yazısında, xanım, professor, hərbi həkim N. D. Graevskaya sərt tənqid edərək belə sözlər demişdi: "Ayaqlarına buts və qoruyucucular geyinməsindən, meydanda qeyri-adi oyundan sonra hansı qadın zərifliyindən danışmaq olar?! Futbolçu qadınların top uğrunda mübarizə apararkən bədənləri və ayaqları ilə qadın təbiətinə yad olan güc fəndlərindən istifadə etməsi xoşagəlməz mənzərədir!". Bu isə öz o dövrdə həvəskar turnirlərin belə təşkilinə mane olurdu. Bu səbəblə elə Azərbaycan qadın futbolunun da, 1985-ci illərdən etibarən təməli qoyulmağa başladı.

Həvəskar formatlı qadın komandaları yaranırdı."Gömrükçü", İlqar Hüseynovun təşəbbüsü ilə "Kür Mingəçevir" klubu fəaliyyətə başlamışdı. Mübarizə barəsində çox detaylı məlumat yoxdur. 1987-ci ilin sonlarında "Bakinka" digər adı ilə "Bakılı" klubu da fəaliyyətə başlamışdı.

Həmçinin Rus dilli mənbələrin birində "Tarraş" adlı Bakı klubundan da bəhs edir ki, bu klub barədə məlumat yoxdur. Maraqlısı budur ki, "Tarraş" klubunun üzvü Natalya Allahverdiyeva SSRİ Qadınlardan ibarət əsas millisində çıxış edirdi.https://wf-museum.rfs.ru/1991-1

1987 Azərbaycan Çempionatı

Əldə olan mənbələrə əsasən keçirilən ilk Azərbaycan çempionatı olmuşdur. Lakin bu çempionat həvəskar sayılırdı.Bu çempionatda Bakının "Bakinka", Sumqayıtın "Gənclik", Mingəçevirin "Arzu" klubları, Azərbaycan Tramvay və Trolleybus zavodunun himayəsində "TTU" komandası, Kirovabad, həmçinin xarici komandalardan "Nadejda", Qazaxıstanı təmsil edən Noqo Bədən Tərbiyəsi İnstitutunun nəznində komanda — "SKİF" və Ukraynanı təmsil edən "Luqanoçka" komandası iştirak edirdi. Çempionat Bakının "Spartak" stadionunda təşkil edildi. Çempion Ukraynanın "Luqanoçka" komandasını 3–0 məğlub edən "Bakinka" komandası oldu. 3-cülüyü əldə edən isə, "Nadejda" klubunu 5–0 məğlub edən "SKİF" komandası olmuşdur."Ən güclüsü — "Bakı", Qazet, 18 sentyabr 1988

SSRİ dövründə peşəkar turnirlər

1989-cu ildə "Sovet Sosialist Respublikalar İttifaqı Qadın Futbol Federasiyası" yaradıldı. Bu dövrdən peşəkar turnirlərə də start verildi.

1989/1990 sezonu

Sezonun play-off mərhələsi 1989-cu ildən etibarən başladı. İki liqa sistemi şəklində quruldu turnir. Ən yüksək səviyyə olaraq "SSRİ Yüksək Qızlar Liqası", kinci yerdə isə "SSRİ Birinci Liqası" qəbul edilirdi. Bu tarixdə Azərbaycanı "SSRİ Yüksək Qızlar Liqası"nda "Bakinka" klubu təmsil edirdi. Klub, ilk sezondan güclü oyun göstərərək, 22 oyunun 9-nu qələbə, 9-nu heç-heçə ilə bitirmiş, sadəcə 2 məğlubiyyət almışdır. 34 qol vurmuş, öz qapısında 18 qol görmüşdür. Ümumi xalı 27 idi. Play-off mərhələsində "SKİF Malakhovka" klubunu penaltı atışlarında 3–2 hesabı ilə məölub etdiyi bilinir.

"SSRİ 1-ci Qızlar Liqası"nın "1-ci Zona"sında çıxış edən başqa bir Azərbaycan klubu isə, 2-cilik alaraq başqa "SSRİ Yüksək Qızlar Liqasına" vəsiqə əldə etmişdir. Baş məşqçisi Kazımov A.O, məşqçisi isə Trenqulov M.Z. Ehtimal ki, Tataristanlı, Mahaçqala klubunun futbolçusu ilə eyni şəxs ola bilərlər. "Araz" olaraq adlanan bu klub, Bakı şəhərini təmsil edirdi. 22 oyunun 13-nü qələbə ilə başa vuran klub, 4 heç-heçə, 5 məğlubiyyət əldə etmişdir. 29 qol vurmuş, 13 qol buraxmışdır. Ümumən 30 xalla gümüş medal əldə etmişdir.

Araz Bakı futbolçuları Futbolçu Doğum tarixiKarataeva T.P.1971Qulamova S.T.1972Hersonkaya N.O. 1968Heraonkaya L.O1961Əhmədova M.B 1965Trusova O.Y 1972Hüseynova S.Q. 1973Məhərrəmova A.F 1971Muradova V.A 1970Papoviç L.V 1972Tretyakova Q.V1956Vəliyeva Laləzar 1969Mənbə: Energiya - Araz Bakı oyun protokolu

1991/1992 Bu sezon Azərbaycanı yenə də, "SSRİ Yüksək Qızlar Liqası"nın "2-ci Zona"sında "Araz" klubu təmsil edirdi. Həmçinin 1989/1990 sesonunda adı olmayan "Tərəqqi" klubu da bu sezon çempionatda iştirak etməyə başladı. Ehtimal kiz "Bakinka" klubunun yeni adı idi. Azərbaycan klubları o sezon çox böyük uğur əldə edə bilmədilər. Belə ki, 10-cu yerdə "Tərəqqi", 11-ci yerdə isə "Araz" klubu qərarlaşdı.

Səmərqənd şəhərində keçirilən kubok oyununda da, "Araz" və "Tərəqqi" klubları qrup mərhələsindən keçə bilmədilər.

Qadın futboluna maraq o dövrdən artıb demək mümkündür. Çünkü Azərbaycanı "SSRİ 1-ci Qızlar Liqası"nda başqa bir klub "Toxucu" klubu da təmsil etməyə başladı. Lakin klub 14 oyuna 4 xal toplayaraq sonuncu sırada yer aldı.

Müasir tarix

1992-ci ildə Azərbaycan Dövlətinin müstəqillik alması nəticəsində, Azərbaycan Qadın Futbolu yeni bir mərhələyə qədəm qoydu. Əldə olunan mənbələrə görə, ən köhnə məlumat 2001/2002 sezonuna aitdir.

2001/2002

Bu sezonla bağlı arxiv məlumatlarında diqqət çəkən məqam odur ki, 12 oktyabr tarixində "Azərbaycan Qadınlar Futzal Çempionatı" adı ilə keçirilməsidir. SSRİ Həvəskar Çempionatlar dönəmində Azərbaycanı təmsil edən "Gömrükçü" klubu da, bu sezondan etibarən turnirdə iştirak etməyə başladı. Qalibin tam olaraq kim olduğu məlum deyil. "Nizami" klubuna sadəcə 1 qələbə gərək idi. Lakin "Gömrükçü" klubunun təxirə salınmış, oynamalı olduğu daha 3 oyun olduğu üçün, ehtimal ki, çempion "Gömrükçü", gümüş mükafatçı "Nizami", bürünc mükafatçı isə "Ruslan-93" klubu olmuşdur.

2002/2003

Bu sezon çempionatda 5 klub iştirak edirdi. 26 dekabr 2003-cü ilə aid mənbədə, "Gömrükçü" klubunun birinci, "Filaminqo" klununun ikinci, "Azərqazbank" klubunun isə 3-cü olduğu vurğulanır. Bu sezon üçün də, maraqlı məqamlardan biri budur ki, liqada çıxış edən "Məşəlspor" klubu, əslində futzal klubu olmuşdur. Bu isə, 2001/2002, 2002/2003 sezonunun əslində futzal çempionatı şəklində keçirildiyi ilə bağlı şübhələr doğurur.

2003/2004

May-İyun ayları ərzində keçirilən kiçik bir çempionat olmuşdur. "Gömrükçü" klubunun çempion, "Ruslan-93" klubunun 2-ci, "Bakılı" klubunun isə 3-cü olmuşdur.

2004/2005

Bu sezon barədə arxiv məlumatları yoxdur.

2005/2006

Bu sezon turnirdə sadəcə 3 klub iştirak edirdi. "Veqa", "Gömrükçü" və "Ruslan-93". "Gömrükçü" klubu turnirə 2 komanda şəklində çıxırdı: "Gömrükçü-1" və "Gömrükçü-2". Turnir cədvəıli ilə bağlı arxiv məlumatları olmasa da, çempionun "Ruslan-93" olduğu qeyd edilmişdir.

2006/2007

Bu sezon, çempionatın qalmaqalla yaddan qalan sezonu oldu. Yekun olaraq "Ruslan-93" çempion, "Neftçi" gümüş mükafatçı, "Səbuhi" (Sumqayıt) isə bürünc mükafatçı oldu.

Münaqişə dövrü

2007-ci ildə təşkil edilən turnir, səs-küylü və böyük problemlər yaratmağa başladı. "Ruslan-93" və "Səbuhi" (Sumqayıt) klubları arasında baş tutan oyunda, futbolçular arasında mübahisə yaranmağa başladı. "Ruslan-93" klubunun futbolçusu Sevda Nuriyeva ilə, "Səbuhi" klubunun futbolçusu Ukraynalı Elena Şapovalenko arasında ciddi mübahisə yarandı. İki tərəfin mübahisəsi münaqişəyə çevrilməyə başladı. Bu iki komanda arasında baş tutan növbəti oyunda isə, vəziyyət bir az daha qarma-qarışıq hal aldı. "Vətən" klubu ilə, "Ruslan-93" klubunun xalları bərabər idi. Sonuncu turda "Vətən" — "Neftçi", "Ruslan-93" — "Səbuhi" klubları qarşı-qarşıya gəldi. Bu oyun da, münaqişəsiz ötüşmədi. Hesab 1–0 "Ruslan-93" klubunun lehinə davam edən zaman, "Səbuhi" klubu mübarizəni daha sərt davam etdirməyə başladı. Meydanda davam edən mübahisələr fonunda 2-ci qolun vurulmasından sonra vəziyyət daha da gərginləşdi. 75-ci dəqiqədə Tünzalə Süleymanova, "Ruslan-93" klubunun futbolçusu Güzel Zakirovanın saçını dartması ilə münaqişə yenidən alovlanmağa başladı. Münaqişə o qədər şiddətli olmuşdu ki, meydandaki futbolçuları ayırmaq çətin idi. Hakim Babək Quliyev futbolçulara ard-arda qırmızı vərəqə verdi. Lakin bu da fayda etmədi. Bu səbəblə oyunu dayandırdı. "Səbubi" klubu oyundan çəkildiyini açıqladı. Babək Quliyev, iki klubu da paltardəyişmə otağına yola saldı. Paralel oyunda isə, "Vətən" klubu ilk yarıda 11 top buraxdı. Beləcə "Neftçi" çempion olmadı və "Ruslan-93" klubu, çempionluğu əldə etdi. Bu məsələ, böyük səs-küyə səbəb oldu. Bəzi mənbələr dəfələrlə, "Vətən" ilə "Ruslan-93" klubunun əvvəlcədən razılaşdığını iddia etməyə başladı. Lakin buna da rəsmi sübut tapılmadı. "Neftçi" rəhbərliyi isə, bu mövzu ilə bağlı boykot elan etdi.https://web.archive.org/web/20240605044753/https://1news.az/news/20070628122854268-CHempionat-Azerbaidzhana-po-futbolu-sredi-zhenshcin-stal-samym-skandalnym-za-vse-vremya-svoego-provedeniya

2007/2008

2008 — Liqada böyük dərəcədə ciddi rəqabət, mübahisələrin olduğu görünürdü. 3 qat ölkə çempionu "Gömrükçü" turnirə qatılmaqdan imtina etdi. Həmin mövsüm "Neftçi" klubu da, eyni qərarı verdiyini açıqladı. "Ruslan-93" klubu isə bu illərdə UEFA turnirində yaxşı çıxış etmədi. Çıxdığı bütün oyunları məğlubiyyətlə yekunlaşdırdı. Bununla birlikdə, həmin dövrdə "Neftçi" klubu məşqçi dəyişikliyi edərək Barış Tibilovu mediaya açıqladı. 2007-ci ildə baş verən oyunlarda, "Neftçi" ilə "Ruslan-93" klubunun xalları bərabər olması maraqlı olan mövzulardandır. Bu mövzu yenidən müzakiryə çıxarıldı, belə ki "Neftçi" 2007-ci ildə baş verən hadisələri yaxşı qarşılamadığını, AFFA'nın "Ruslan-93" üçün əlindən gələni etdiyi dedi.https://www.azerisport.com/m/football/20070709014637487.html Asim Xudiyevin açıqlamasına əsasən isə, "Neftçi" rəqibini 2–1 hesab məğlub etsə də, turnir qaydalarında bunun heç bir önəminin olmadığını, "Ruslan-93" klubunun 1–0 udmasının kifayət etdiyini bildirdi. Qaydalara görə bu cür qərar çıxarıldığını qeyd etdi.https://www.azerisport.com/m/football/20070709054657431.html

"Ruslan-93" və "Səbuhi" arasında baş verən gərginliklər fonuna, "Neftçi" və "Gömrükçü" də əlavə olduqdan sonra, A Milli komanda üçün vəziyyət ciddiləşməyə başladı. "Neftçi" öz futbolçularını Milliyə getməyə icazə vermədi. Federasiya isə, "Gömrükçü" klubunun heç bir oyunçusunun Milliyə çağırılmayacağını açıqladı.https://www.azerisport.com/m/football/20071027015406092.html "Səbuhi" və "Ruslan-93" isə, öz bölgələrində, ayrı-ayrı məşqlər keçməyə başladılar.https://www.azerisport.com/m/football/20080426012807542.html

Liqa 2003-cü ildən etibarən bir müddət fəaliyyət göstərdi. Bundan sonra tamamiylə liqanın fəaliyyəti dayandı. Bir müddət sonra isə yalnız 15, 17 yaş qrupları üzrə liqalar yaradıldı.

Liqanın qalibi UEFA Qadınlar Kubokuna hazıirki adı ilə "UEFA Qadınlar Çempionlar Liqası"na vəsiqə qazanırdı. "Gömrükçü Bakı" 2002–2007-ci illərdə Azərbaycanı beş dəfə təmsil edib və bir dəfə 1/4 finala yüksəlib. "Ruslan-93" 2007–08 mövsümündə "UEFA Qadınlar Kuboku"nda çıxış edib.

Fasilədən sonra ilk mövsüm 2016/17 mövsümündə "Qəbələ" FK-nın titul qazanması ilə liqaya start verilib. "Sumqayıt" fasiləyə qayıdana qədər növbəti titulunu qazandı. 2021–22-ci illərdə yarım mövsüm işləfəaliyyət göstərdi.

Anna Atayeva 2009-cu ileə Azərbaycanın ən yaxşı qadın oyunçusu seçilib.

Tarixi

Oyanış dövrü

2007 — Azərbaycan Futbol Federasiyaları Assosiasiyasınən keçmiş prezidenti Ramiz Mirzəyev, qadın futbolunun inkişafının qarşısını kəsən ən böyük problemin, mentalitet olduğunu bildirmişdir.https://web.archive.org/web/20070228075730/http://www.affa.az/?lang=az&p=answers&id=1

Düşüş dövrü

Dirçəliş dövrü 2010 — 19 Mart tarixində, AFFAnın səyləro nəticəsində, U17 qızlar arasında dünya çempionatının təşkili Azərbaycanın öhdəliyinə buraxıldı. Qaydalara əsasən, ev sahibi ölkənin 17 yaşlı qız millisi olmalı idi. Bu ildən ciddi addımlar atılaraq, liqa qurulması üçün hədəflər müəyyən edildi.