və ya keçmiş adı ilə – Yaponiyanın İbaraki prefekturasının İtako şəhərində yerləşən yapon süsəni bağı. Hər il burada keçirilən Suiqo İtako Süsən Festivalına görə tanınır.

Tarix və xüsusiyyətlər Suiqo İtako süsən bağı 1976-cı ilin aprelində açılmışdır. 1,3 hektar sahəni əhatə edən bu sahilyanı bağda 500 növə aid olan 1 milyondan çox rəngli süsən yetişir. Bağ mənzərəsi səbəbilə Yaponiyanın 500 ən gözəl gəzinti yerlərindən biri seçilmişdir.

Bağda hər ilin may–iyun aylarında Suiqo İtako Süsən Festivalı keçirilir və 800.000-dən çox şəxs bağı ziyarət etməyə gəlir. Festivalın əsas ənənələrin biri "Evlilik qayığı" adlanır. Bu zaman ənənəvi geyimdə olan və əlində süsənlər tutan əsl bir gəlin kiçik qayıqla çayı keçərək bəyə tərəf gəlir, daha sonra rikşaya minir. Festivalın digər ənənəsi isə "Süsən rəqsi" adlanır. Bağda süsənlərin gözəlliyindən bəhs edən vaka şeiri haqqında abidə, eləcə də, İtako-qasa və İtako gəlini heykəlləri yerləşir. Bu heykəllərin yanında Yukio Haşinin "İtako-qasa" mahnısı və Kikue Hanamuranın "İtako gəlini" mahnısı səsləndirilir.

10 iyun tarixi bağın mənzərəsinə tamaşa etmək üçün ən ideal gün hesab olunur. Bağda süsənlə yanaşı hidrangeya, visteriya, sakura və kalmia kimi mövsümi çiçəklər də yetişir. Bağda gecə işıqlandırması mövcuddur.

Populyar mədəniyyətdə 2003-cü ildə Yaponiyada buraxılmış poçt markalarından biri Suiqo İtako süsən bağına həsr olunmuşdur. Markada evlilik qayığına minmiş gəlin və bağda yetişən süsənlər təsvir olunmuşdur.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İtako * Kateqoriya:İbaraki prefekturasının parkları və bağları Kateqoriya:Yaponiyadakı botanika bağları