United Press International (qısaca: UPI) — qərargahı ABŞ-ın Vaşinqton şəhərində yerləşən və əvvəllər dünyanın ən böyük xəbər agentliklərindən biri olan xəbər agentliyidir. Xəbər agentliyinin kökləri 1907-ci ilə qədər gedib çıxır. Belə ki, həmin il «United Press Association» adı altında yaradılmış olan agentlik, 1958-ci ildə "International News Service" ilə birləşərək bugünkü adını almışdır.Eleonora W. Schoenebaum, ed. Political Profiles: The Truman Years (1978) pp 16–17 Televiziya jurnalistikasının yayılması ilə əlaqədar olaraq onun populyarlığı bir qədər azalmışdır. 2000-ci ildə isə Vəhdət kilsəsinin News World Communications şirkəti tərəfindən satın alınmışdır. Xəbər agentliyi hal-hazırda ingilis, ispan və ərəb dillərində yerli və xarici xəbərlər, biznes, əyləncə, idman, sağlamlıq və digər mövzularda xəbərlər yayımlayır. Xəbərləri mətn, foto və video formasındadır.
İstinadlar
Ədəbiyyat siyahısı
Helms, Richard, with William Hood. A Look over My Shoulder: A Life in the Central Intelligence Agency. New York: Random House, 2003.
Thomas Powers. The Man Who Kept the Secrets: Richard Helms and the CIA. New York: Alfred A. Knopf, 1979. Read, Donald (1992). The Power of News. The History of Reuters 1849–1989. Oxford: Oxford University Press. .
Xarici keçidlər
Cari
Spanish-language website UPIU, UPI's multimedia platform for journalism education
Tarixi Downhold.Org—UPI Alum site UPI's Trail of Tears—subset of above: UPI history and memories The Downhold Project—collaborative UPI history project site Dead Microphone Club —UPI Radio Network Alum site
Kateqoriya:ABŞ informasiya agentlikləri Kateqoriya:1958-ci ildə yarananlar