Darun-Nədvə (; ) — Qureyş qəbiləsinin vacib məsələləri müzakirə edib, qərar qəbul etdikləri toplantı məkanının adı. Darun-Nədvəyə "mehiz" (heyz məkanı) də deyilmişdir. Bunun da səbəbi yetkinliyə giriş ayinin burada icra edilməsi idi.

İnşası Təqribən 440-cı ildə Qusay Kəbənin şimalında, təvafə başlanılan yerin arxa tərəfinə Darun-Nədvə adlanan toplantı yerini inşa etdirdi və qapısını da Kəbəyə doğru açdırdı.

Mərasim və toplantıların məzmunu Darun-Nədvədə yetkinliyə giriş ayini, sünnət, müharibə etmək və sülh bağlamaq, evlilik mərasimi kimi mühüm mərasim və toplantılar keçirilirdi. Bundan əvvəl isə bütün bu mərasim və toplantılar Qusayın edində keçrilərdi. Darun-Nədvədə icra olunan ayin və mərasimlərdə yalnız 40 yaşında olan kişilər iştirak edə bilərdilər. 40 yaşından kiçiklərin isə Darun-Nədvəyə giriş qadağan idi.

Vəzifə bölgüsü Darun-Nədvədə müxtəlif vəzifələr vardı və (VIII əsrdə) bunlar aşağıdakı kimi bölüşdürülmüşdü:

Əbu Cəhl — toplantılara başçılıq edirdi. Əbu Süfyan — Darun-Nədvədə müdafiə işlərinə başçılıq edirdi. Qübbə — müharibədə çadır qurulması və müharibə üçün maddi vəsaitin toplanması vəzifəsi idi. Əinnə — müharibədə Qureyş süvarilərinə başçılıq edərdi. Bu vəzifəni sonradan müsəlman olmuş Xalid ibn Vəlid yerinə yetirirdi. Sifarət — diplomatik vəzifə idi. Ömər icra edirdi. Əysar — bu vəzifəni yerinə yetirən şəxs, bir işə başlamazdan əvvəl oxlarla fala baxardı. Səfvan ibn Üneyyə bu işi yerinə yetirirdi. Məşurə — məsləhətçi idi. Yezid ibn Zəma bu işə baxırdı. Hukumə — bütlərə nəzir verilmiş malların saxlanması vəzifəsi. Bu vəzifəni Haris ibn Qeys yerinə yetirirdi.

Darun-Nədvədə qərarlar səsvermə yolu ilə qəbul edilirdi. Bütün bunlar Darun-Nədvənin hökümət kimi çalışdığını sübut edir.

Darun-Nədvəyə işarə edən ayələr Bəzi təfsirçilərə görə Quranda bir neçə ayədə Darun-Nədvəyə eyham vurulur.

Muminun surəsi, 67-ci ayə:

Ələq surəsi, 17–18 ayələr:

Məhəmməd və Raşidi xilafəti dövrü Bu dövrdə Darun-Nədvənin hansı məqsədlə istifadə olunduğu haqqında bir məlumat yoxdur.

Əməvilər və Abbasilər dövrü I Muaviyə Darun-Nədvəni Əbdüluzzanın nəvəsi Hakimdən yaxud da İkrimədən satın alaraq, Əməvi xəlifələri üçün həcc iqamətgahı etmişdir.

Harun ər-Rəşid dövründə həcc iqamətgahını "darul-imarə" olaraq adlandırılan daha böyük bir binaya köçürülmüşdür.

897-ci ildə Mötəzid Billah Darun-Nədvəyə sütunlar əlavə edərək, buranı Məscidül-Hərama birləşdirmişdir.

Dövrümüzdə Darun-Nədvə Bu gün isə Darun-Nədvə sökülmüş və Məscidül-Həramda təvaf olunan əraziyə əlavə edilmişdir.

Darun-Nədvədən bəhs edən avropalı şərqşünaslar Tomas Hantr Vir (v. 1928), Paret Rudi (v. 1983).

İstinadlar

Kateqoriya:Səudiyyə Ərəbistanı tikililəri