Skrofula və ya skrofuloz — bu xəstəliyin köhnəlmiş adıdır. Müasir dövrdə isə eksudativ diatez və ya xarici vərəm (dərinin, selikli qişaların və limfa düyünlərinin) kimi tanınır. Tibbi diaqnostika üsullarının inkişaf etməməsi səbəbindən dəri, üz, boyun və hətta gözlərin zədələnməsi ilə əlaqəli müxtəlif xəstəliklər əvvəllər skrofula ilə səhv salınırdı. Hal-hazırda, tibbi, sanitar və gigiyenik tədbirlərin daha da yaxşılaşdırılması ilə əlaqədar olaraq skrofuloz xəstəliyinə olduqca nadir (ən çox uşaqlıq və yeniyetməlik dövründə) rast gəlinir. Xəstəliyin tarixi çox qədim dövrlərə təsadüf edir. Orta əsr və müasir antik dövr mənbələrinə əsasən, xəstəlik bir çox digər xroniki xəstəliklərlə birlikdə də müşahidə edilə bilər. Skrofula Avropa monarxları tərəfindən əsrlər boyu (İngiltərədə və Fransada) mütəmadi olaraq həyata keçirilən xəstələrin sağaldılması ritualına görə əhəmiyyətli tarixi olan və antropoloji maraq doğuran bir xəstəlikdir. "Yeni tarix elmi" istiqamətinin açarı sayılan və 20-ci əsr tarixşünaslığının və antropologiyasının inkişafına mühüm təsir göstərmiş Mark Blokun "Möcüzə yaradan padşahlar" klassik əsəri də bu xəstəliyin daha dərindən öyrənilməsinə həsr edilmişdir.
Təsviri left|thumb|Dəri vərəmi Xəstəliyin adı latınca donuz scrofa sözündən əmələ gəlmişdir. Scrofulae – boyundakı limfa düyünlərinin şişməsidir. Skrofo sözü özü mürəkkəb birləşmənin tərkib hissəsidir, böyümüş limfa düyünləri mənasını verir. Bu zaman boyun və ya tüpürcək vəzilərinin limfa düyünləri zədələnir və bu vəziyyətdə xəstənin üzü donuz burnuna bənzəyir. Bu termin ilk dəfə Vegetius (lat. Publius Flavius Vegetius Renatus) tərəfindən təqdim etmişdir. Xəstəlik zamanı aydın görünən, yumşaq kənarları olan, asanlıqla qanayan, dibi infiltrat kənarı ilə əhatə olunmuş səthi xoralar müşahidə edilir. İltihablanma hallarına daha çox rast gəlinir, iltihablanmış yara qabıqlanır və irinli olur. Çox vaxt xoralı formalar selikli qişalarda və ya dərinin onlarla həmsərhəd olan nahiyələrində, həmçinin xəstənin boyun və üzündə (ən çox rast gəlinən bədən hissələridir) əmələ gəlir. Xəstəlik çox nadir hallarda ölümlə nəticələnir. Sağaldıqdan sonra isə bədəndə çapıq şəklində nəzərəçarpacaq izlər buraxır. Sağlam insan dərisi Kox çöpləri üçün əlverişsiz mühitdir və onlar belə şəraitdə inkişaf edə bilmirlər. Təkmilləşdirilmiş sanitar və gigiyenik tədbirlər sayəsində dəri vərəminə indi olduqca nadir rast gəlinir. Lakin, bu xəstəliyə ən çox uşaqlar və yeniyetmələr arasında rast gəlinir. |right|thumb|Xəstənin boyun nahiyyəsində Skrofulanın əmələ gəlməsi, Atlas of Clinical Medicine, 1893 İnfeksiyanın inkişafına müxtəlif immun və damar pozğunluqları, hormonal disfunksiyalar, metabolik pozğunluqlar, əlverişsiz sosial və məişət amilləri (pis qidalanma, siqaret, alkoqolizm və s.) şərait yaradır. Xəstəlik dərini, selikli qişaları, sümükləri, oynaqları, fərdi duyğu orqanlarını və xüsusilə limfa vəzilərini zədələyir (onların şişməsinə, irinləməsinə səbəb olur). Bundan əlavə, dəridə müxtəlif növ səpgilər, ekzema və irinli qovuqcuqlar görünür. Xəstəliyin ən xarakterik təzahürü limfa vəzlərinin, sümüklərin, sümük altlarının və oynaqların zədələnməsidir. Bu zaman vəzilər əvvəlcə şişir, iltihablanır və böyüyür. Ağrılı, irinli və xaricə açılan daha böyük və ya kiçik abseslər, yəni skrofulöz xoralar əmələ gəlir. Həmin bu xoralar sağaldıqdan sonra onların yerlərində sıx, eybəcər çapıqlar qalır (boyunda əmələ gələn bu çapıqlar onun hərəkətini məhdudlaşdıra bilirlər). Yara izləri qeyri-bərabər formalıdırlar, papilyar çıxıntılar və sağlam dərinin qalan hissələrindən ibarət xarakterik körpülərlə müşayiət olunurlar. Çox vaxt bu irinli qovuqcuqlar uzun müddət iri düyünlü şişlər şəklində inkişaf edir və xəstəlik getdikcə daha çox vəziləri zədəliyir. Nəticədə, boyunda yumruq ölçüsündə şiş əmələ gətirir.
Tarixi məlumatları right|thumb|Pierre Firansın çəkdiyi rəsmdə xristian kralı IV Henrynin (Fransa kralı), Fransa və Navarre (Krallıq)|Navarre ərazilərində skrofula xəstələrinı müalicə etmək üçün onlara toxunması təsvir olunmuşdur
Xəstəliyin identifikasiyası və təsnifatındakı problemlər Bu günə qədər gəlib çatmış həkimlərin qeydlərində sonradan skrofuloz kimi tanınan müxtəlif növ xəstəliklər və şişlər haqqında məlumatlar irəli sürülmüşdür. Lakin, qədim müəlliflərin bu xəstəliyə aid etdikləri simptomlar, sonradan öz təsdiqini tapmamışdır. Hal-hazırda, qədim tarixi mənbələrdən dəmirova aid edilən simptomların, müxtəlif xəstəlik simptomlarından ayırd etmək olduqca çətindir. Böyük Plini istridyələrin insan orqanizminə faydalı təsiri haqqında məlumatlara istinad edərək yazırdı: "Mən fürsətdən istifadə edərək təsdiq etmək istərdim ki, istiridyə həqiqətən tibbi baxımdan çox faydalıdır… Belə ki, Raw istiridye dəmirovun müalicəsində çox faydalıdır…" (Natural History, XXXII, 13). Qədim və orta əsr həkimlərinin mətnlərində xəstəlik "scrofula" və ya "strumae" (struma) adı altında təsvir olunurmuşdur. Bu iki termin adətən sinonim kimi istifadə olunurdu və onun yoluxucu olub-olmadığı məlum deyildi. Mark Blok tarixi mənbələrdə xəstəliyin müəyyən edilməsi zamanı yaranan çaşqınlığı belə təsvir etmişdir: "limfa vəzilərinin iltihabları daha çox vərəm xarakteri daşıyır. Nəticədə, orta əsr həkimlərinin "skrofula" diaqnozu qoyduğu xəstələrdə müasir həkimlər əksər hallarda eyni xəstəliyi tapırlar. Lakin xalqın dili tibb dili qədər dəqiq deyildi. Belə ki, vərəmə ən həssas olan limfa düyünləri boyunda yerləşir və müalicə edilmədikdə, üzə də yayılır və irinlər əmələ gəlir. Xəstəlik sağaldıqdan sonra üz hissədə də izlər qalır. Buna görə də üz və gözlərin müxtəlif xəstəliklərinin dəmirov ilə səhv salınması bu dövrdə edilən ən böyük xətadır". Xüsusilə, parotit (xalq arasında "qabaq" və ya "parotit" tüpürcək vəzinin iltihabı) dəmirov ilə səhv salınırdı. Vərəm-allergik konyunktivit əvvəlki dövrlərdə "gözün dəmirovu" kimi tanınırdı. Diatez, dəri vərəmi, ekzema, furunkuloz, limfatik və s. kimi digər bəzi xəstəliklərdə də oxşar dəri təzahürləri olduğuna görə eyni diaqnoz qoyulurdu. Skrofulanı daha sistemli və geniş şəkildə öyrənmək üçün müxtəlif cəhdlər həyata keçirildi. Bu cəhdlərin nəticəsində xəstəlik haqqında hər hansı birmənalı fikir formalaşdırmağın problemli olduğu müəyyən edildi. 18-ci əsrdə ingilis həkimi Villiam Cullen skrofulanın dörd növünü ayırd etdi. Bu növlərə vulqar, keçici, Amerikan və scrofula mesenterica aiddir. Xəstəliyin növləri iştahsızlıq, üzün solğunluğu və şişkinliklə xarakterizə olunur. 1705-ci ildə kral II Çarlzın cərrahı Riçard Vizman bu xəstəliklə bağlı esse yazmışdır. Bu essedə boyundakı şişləri, göz yaşı kisəsinin iltihabı və gözlərin qeyri-təbii çıxıntısına qədər geniş spektrli simptomları təsvir edilmişdir. Orta əsrlərdəki və sonrakı dövrlərdəki mənbələr diqqəti ən çox xəstəliyin xarakterik əlamətlərindən biri olan şişkin boyuna yönəldirdilər. 18-ci əsrə qədər dəmirov xəstəliyinin digər simptomları haqqında heç bir anlayış yox idi. Bu səbəbdən xəstələr xəstəxanalara yerləşdirilir, lakin həkimlər bu xəstəliyin səbəbləri və təbiəti haqqında elmi fikir formalaşdıra bilmirdilər. Xəstəliyin təsnifatı ilə bağlı mübahisələr 1882-ci ilə qədər davam etdi. Bu dövrdə Robert Kox vərəmin törədicisini Kox çöpü (lat. Mycobacterium tuberculosis) adlandırdı və onun virulent xarakterli olduğu müəyyən edildi.
"Kral möcüzəsi", İngiltərə və Fransanın skrofulaya tutulmuş monarxlarının şəfa mərasimi 10-cu əsrin əvvəllərindən bəri Pikardiyadakı Korben şəhərində insanlar həcc ziyarətinə gedirdilər və inanca görə dəmirovdan sağalmağı bacaran Müqəddəs Markulfaya (Markulf, Markult) sitayiş etdilər. Xalq içində yayılan bu inancın dəmirovdan sağalma ilə əlaqələndirməsi çox güman ki, etimoloji səbəblərdən irəli gəlirdi. Onun adından irəli gələn "mar" pis və "cou" boyun mənasını verir (dəmirov ən çox boyun nahiyəsində əmələ gəlir). Fransız dilli mənbələrdə xəstəliyin boyunda belə aydın lokalizasiyası ilə əlaqədar hətta "xəstə tortikollis" ifadəsi də işlədilir. Sonralar bu xəstəliyin müalicəsinin preroqativliyi fransız və ingilis kralları tərəfindən qəbul edilmiş və Müqəddəs Markulf ilə "kral möcüzəsi" qarışıq istifadə edilmişdir. Jak Le Qof "Orta əsr Qərbinin Sivilizasiyası" əsərində qeyd edirdi ki, orta əsrlərin epidemik xəstəliklərinin ən çox yayılmış və ölümcül olanı vərəmdir. Vərəm mənşəli olan skrofula xəstəliyinin müalicəsi üçün padşahlar fransızlara hədiyyələr verirdilər. Capetian və Plantagenet sülalələrindən olan padşahlar əllərinin toxunuşu ilə bu xəstəliyi sağaltdıqlarını iddia edirdilər. Kral sənə toxunacaq, Rəbb səni sağaldacaq deyərək insanlara toxunurdular. Annals məktəbinin banisi Mark Bloch özünün məşhur "Möcüzə-Krallar" əsərinin Fransa və İngiltərədə olan kral hakimiyyətinin fövqəltəbii xarakterinə dair essesində (1924) kral möcüzəsinin populyarlığını izah etməyə çalışmışdır. Bu yolla o, ardıcılları ilə birlikdə kütlələrin siyasi psixologiyasını, kollektiv ideyaların siyasi həyatda rolunu və bu ideyaların sosial qruplar daxilində formalaşmasını öyrənmişdir. Bundan əlavə, bu əsər "Yeni Tarix Elmi" hərəkatının davamçıları üçün iki mühüm mövzu olan qlobal, yaxud ümumi tarix və uzun zaman uzantısı (Fransızca longue duree) mövzularına toxunurdu. |right|thumb|II Henry (Fransa kralı) monastırda bir xəstəni sağaldır Mark Bloka görə, kralın əllərini əzab çəkənlərin üzərinə qoyaraq sağaltmaqdan ibarət olduğu kral möcüzəsinə inam dövrü XI–XII əsrlərdən XVIII əsrə qədər davam etmişdir. Mark Blox da vərəmli adenitdən və genişlənmiş boyun limfa düyünləri ilə müşayiət olunan xəstəliklərdən əziyyət çəkən dəmirov xəstələrini sağaltmaq üçün "kral möcüzəsini" seçmişdir. Möcüzəvi kral toxunuşuna, möcüzə yaradan padşahlara inam dövrü 11-ci əsrdən etibarən başlamış 18-ci əsrə qədər qədər davam etmişdi. Fransada əldə olunan dəlillərə əsasən, ilk sağalmanı VI Lüdovik (1108–1137), sonuncu halı isə 1825-ci ildə tacqoyma mərasimindən sonra X Karl həyata keçirmişdir. Başqa bir fikrə görə, bu cür müalicə praktikası Louis Saint-in dövründən sonra müntəzəm tətbiq edilmişdir. Beləliklə, Jak Le Qof ingilis tarixçisi Frenk Barlounun fikrini bölüşmüş, xronoloji olaraq, xronoloji insanların sağalması kral ayinləri Fransa və İngiltərə kral saraylarında XIII əsrin ortalarından tez bir zamanda istifadə olunmağa başlamışdır. 12-ci əsrdə əllərin qoyulması yolu ilə insanların sağalmasına dair etibarlı bir dəlil olmasa da(bu dəlil VI Lüdovikin hakimiyyəti dövrünə aiddir), şəfa ayininin yerinə yetirildiyinə dair sübutlar vardır. İngiltərədə müalicə ritualının ilk etibarlı sübutu 1276-cı ilə aiddir. İngiltərədə bu xəstəliyə "kral bəlası" ( və ya ) deyilirdi. Fransada da xəstəlik bu adı ilə tanınırdı (). Kralların dəmirovu nə üçün "kral xəstəliyi" adlandırdığı dəqiq müəyyən etmək mümkün deyildir. Müəyyən edilmiş müalicə prosesi bu qayda ilə gedirdi: Kral yara ləkələrinə toxunur və onların üzərində xaç işarəsi edirdi. Bundan sonar sərxoş adama sədəqə verilirdi. Hökmdarların dəmirovu müalicə etmək qabiliyyətinə dair geniş yayılmış fikirlərinə əks fikirlər Vilyam Şekspirin "Makbet" əsərində verilmişdir.
16-cı əsrin əvvəllərində La-Manşın hər iki sahilində yerləşən ştatlarda kral möcüzəsi öz çiçəklənmə dövrünü yaşayırdı. Bu dövrdə Fransa krallarının yanına Valua sülaləsindən minlərlə xəstə gəlirdi və bu, təkcə onların təbəələrinə deyil, həm də qonşu tarixi dövlətlərdən olan İspaniya, Portuqaliya, İtaliya, Almaniya, İsveçrə, Hollandiya xəstələrinə də şamil edilirdi. Krallar XIII və XIV Lüdovik bu ritualı bütün bayram günlərində yerinə yetirirdilər. Stüart sülaləsinin ingilis kralları da buna əməl edirdilər. right|thumb|VIII Genrix Fransa və İngiltərədə bu ritual tədricən özünəməxsus xüsusiyyətlər qazanmağa başladı. Britaniyada ritualın əsas hissəsi kral hədiyyəsinin, yəni sikkənin təqdimatı idi. Qızılgüllər Döyüşü zamanı ingilis monarxları populyarlıqlarını artırmaq üçün xəstələrə "mələk" adlı qızıl sikkə verməyə başladılar. Bunun nəticəsində, amulet sikkəsinin möcüzəvi gücünə inam yarandı. Kral möcüzəsinə inam "mələklərin" müalicəvi gücünə dair yeni bir xurafatın yaranmasına səbəb oldu.