thumb|250px|İnteryeri Həmdat İsrail sinaqoqu () — 1899-cu ildə İstanbulun Heydərpaşa səmtində tikilmiş sinaqoqdur. Sinaqoqu, Baş Rabbinatdan icazə alınmaqla ziyarət etmək mümkündür.
Sinaqoq, Uzun Hafiz küçəsi ilə İzzətdin küçəsi arasında və bu iki küçəni birləşdirən keçiddə yerləşir. 1970-ci illərdə təhlükəsizlik məqsədi ilə Uzun Hafiz və İzzətdin küçələri arasındakı bu keçidə divar çəkildi.
2017-ci ildə sinaqoq Conde Nast Traveller jurnalının "Dünyanın ən gözəl sinaqoqları" siyahısına daxil edilib.
İzzətdin küçəsi tərəfdə yerləşən sinaqoqun əsas giriş qapısında aşağıdakı yazı vardır:
"Ki Beti Bet Tefila, Yikare Lehol Aamim/Pithu Li Şaare Tsedek /Avo Vam Ode Ya/Nigmor Abayit Be Sof Hodeş Rahamim. 5659"
(Tərcüməsi: Mənim evim dua evidir, bütün millətlərə də açıqdır./Mənə doğruluq qapısını açın./Ora gəlim ve Tanrıya şükr edim /Ev Ellul ayının sonunda tamamlandı. 5659) Tarixi 1872-ci ildə Kuzquncuqda baş verən böyük yanğından sonra yəhudilərGuse Tarkan, EVALUATION OF URBAN REGENERATION ISSUES FOR AN EARLY 20TH CENTURY QUARTER: KADIKÖY-YELDEĞİRMENİ, ODTÜ Mimarlık Yüksek Lisans Tezi, 2010, s.161 Heydərpaşaya köç edərək özlərinə sinaqoq tikmək üçün torpaq aldılar. Bunun üzərinə bölgədə yaşayan yunanlar və ermənilər bu vəziyyətə qarşı çıxdılar və II Əbdülhəmidin Səlimiyə kazarmasından hərbi birləşmələr göndərməsi ilə tərəflər arasında qarşıdurmalar sona çatdı. Sinaqoqun adındakı Həmdat, Əbdülhəmidə təşəkkür olaraq qeyd olunur.
21 dekabr 1311-ci il (1894) tarixli Sultan fərmanı ilə sinaqoqun tikintisinə rəsmən icazə verildi. Sinaqoqun layihəsini avstriyalı memar Boris Lekav hazırlayıb. Dövrün məşhur belçikalı iş qadını Klara de Hirş sinaqoqun tikintisinə maddi yardım göstərmişdi. Sinaqoqun tikintisi 1898-ci ildə başa çatdırılsa da, interyerdəki çatışmazlıqların aradan qaldırılması bir il çəkdiyindən onun rəsmi açılışı 1899-cu il sentyabrın 3-də baş tutub.
Memarlığı Sinaqoq klassik Səfərad üslubunda tikilmişdir. Sinaqoqun ortasındakı böyük çilçıraq açılış mərasimi üçün Yıldız sarayının baş zərgəri Aronaci Əfəndi tərəfindən Modadakı evindən gətirilmişdir. Yuxarı mərtəbədəki Azara, qadınlar bölməsi isə taxta konstruksiyaya malikdir. Sinaqoqun bu hissəsi 1946-cı ildə bərpa edilmişdir. Bundan əlavə, 2014-cü ildə Sinaqoqun xarici divarında da təmir işləri aparılmışdır. Həmçinin bax İstanbuldakı sinaqoqların siyahısı Türkiyədə yəhudilərin tarixi İstinadlar
Xarici keçidlər Baş Rabbinatlığ Şalom qəzeti KADOS
Kateqoriya:Türkiyə sinaqoqları