thumb|Adolf Hitleri xatırladan pişik. Cats That Look Like Hitler () – 1933–1945-ci illərdə Almaniyanın diktatoru olmuş Adolf Hitleri xatırladan pişiklərin fotoşəkillərinin təqdim olunduğu satirik sayt. Bu pişiklər internetdə kitler kimi tanınır. Pişiklərin çoxu ağ-qaradır, burunlarının altında Hitlerin bığını xatırladan qara ləkə, bəzən isə başlarıda Hitlerin saç düzümünü xatırladan diaqonal qara ləkələr olur. Sayt 2006-cı ildə Koos Pleqt və Pol Neve tərəfindən yaradılmış, Avropa və Avstraliya televiziya verilişlərində yer aldıqdan sonra tanınmışdır. Sayt daha sonra sadəcə Neve tərəfindən idarə olunmuşdur. O, 2013-cü ilin fevralına 7.500-dən çox pişiyin fotosunu təsdiqləmişdir. Sayt 2014-cü ilin aprelindən etibarən yenilənmir.
Populyar mədəniyyətdə Stiven Kolber 2010-cu ilin iyulunda "Kolber hesabatı" verilişində saytdan bəhs etmişdir. Saytın adı Avtraliyanın "Total Gamer" videooyun jurnalı tərəfindən tez-tez çəkilirdi. Bred Vottson "Edge Nightshow" verilişində pişiyi Prinqlsın "bir nömrəli kitler" olduğunu dedikdən sonra sayt Yeni Zelandiyada da tanınmışdır. "Sosial şəbəkə" filmində saytdan qısa bəhs olunmuşdur.
2011-ci ildə "The Daily Telegraph" kitlerlərin Hitlerə oxşamaları səbəbilə sahib tapa bilmədikdə çətinlik çəkdiklərini yazmışdır. "The Times" jurnalı üçün Ben Meyçl saytdakı kitlerin sahibləri ilə görüşərək saytın niyə belə populyar olduğunu araşdırmışdır. Kanzas şəhərinin "KCTV5" xəbərlər saytında işləyən bir meteoroloq "Pişik şənbəsi" adlı veriliş seqmentində Hitlerə oxşayan və "Kitler" adlı pişiyi göstərdiklərinə görə üzr istəmişdir.
Həmçinin bax Hitler çaydanı – Hitleri xatırladan çaydan.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Adolf Hitler Kateqoriya:Populyar mədəniyyətdə pişiklər Kateqoriya:İnternetdə heyvanlar Kateqoriya:İnternet memləri