Əhməd Baxış oğlu Əhmədov () — Azərbaycan tarixçisi, ictimai-siyasi və hərbi xadim.

Həyatı Baxış Əhmədovun oğludur. Eser (1916–1917), "Hümmət" (1919) və AK(b)P-nın üzvü idi. 1918–1919 illərdə mətbəədə korrektor, 1920–1921 illərdə hərbi komissiya köməkçisi işləmiş, 1921–1924 illərdə Azərbaycan diviziyasında xidmət etmişdir (1921–1922 illərdə 1-ci atıcı alayının hərbi komissarı olmuşdur). 1925–27 illərdə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitunda (indiki Dövlət İdarəçilik Akademiyası) elmi işçi kimi çalışmışdır. Buna baxmayaraq, 1925 ildən "Müsavat" partiyasının işlərində qeyri-leqal fəaliyyət göstərmiş, Balaxanıda partiyanın özəyini yaratmışdır. N. Nərimanov və T. Şahbazi ilə dostluq münasibətləri olmuşdur. Əhməd Əhmədov müstəqil Azərbaycan uğrunda mübarizə aparmış, V. Leninin siyasətini tənqid etmişdir. N. Nərimanovun Bakıya son gəlişi (1925) zamanı Azərbaycanın Rusiya tərkibində müstəqil siyasət yeritməsi haqqında məsələ müzakirə olunmuşdu. N. Nərimanovun ölümündən sonra, 1926-cı ilin payızında T. Şahbazinin təşkil etdiyi iclasda Azərbaycan Sosialist Partiyasının yaradılması haqqında məsələ qaldırılmış, Ə. Əhmədov (o, yeni yaranacaq hökumətdə hərbi nazir vəzifəsini icra etməli idi) nizamnaməni hazırlamağı üzərinə götürmüşdü. 1928-ci il fevralında həbs edilmiş, yarım ildən sonra güllələnmişdir. 1992-ci ildə bəraət almışdır.

Əhməd Əhmədov bir neçə kitabın müəllifidir. Onun rus dilində yazılmış "Birinci qurultaya doğru. 1918–1919 illərdə Azərbaycanda vəziyyət və Azərbaycan Kommunist Partiyasının yaradılması” əsəri nəşr olunmamış, şərti olaraq "Erməni-türk münaqişəsi” adlanan kitabının əlyazması dövrümüzədək gəlib çatmamışdır. Ə. Əhmədov həmçinin qəzetlər və "Voennıe vedomosti" jurnalı üçün məqalələr yazmışdır.

Əsərləri

Азербайджанские тюрки в революции 1905 года. Баку: Азерб. Милли Энсиклопедиясы, АзМЕ, 2002. Национальное движение, партии и общественные деятели Азербайджана в 1918-1925 годах глазами очевидца. Баку: Нурлан, 2006.

İstinadlar

Xarici keçidlər

Ахмедов Ахмед Бахыш оглы (1900)

Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasətçilər Kateqoriya:Azərbaycanlı dövlət xadimləri Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycanlı hərbçilər