Ketrin Makkinnon (; ) — amerikalı feminist hüquqşünas, aktivist və yazıçı. Miçiqan Universitetinin Hüquq Fakültəsində hüquq professorudur və 1990-cı ildən bəri bu vəzifədə çalışır. O, həmçinin Harvard Hüquq Məktəbində qonaq professorudur. 2008–2012-ci illərdə Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun xüsusi gender müşaviri olmuşdur.
Makkinnon beynəlxalq hüquq, konstitusiya hüququ, siyasi və hüquq nəzəriyyəsi, həmçinin hüquq fəlsəfəsi sahələrində tədqiqatlar aparır. Həmçinin 12-dən çox kitabın müəllifidir, bunların arasında aşağıdakı əsərlər xüsusilə tanınır:
Feminism Unmodified (Dəyişdirilməmiş Feminizm, 1987) Toward a Feminist Theory of the State (Feminist Dövlət Nəzəriyyəsinə Doğru, 1989) Only Words (Yalnız Sözlər, 1993)
Həyatı və təhsili Makkinnon Minnesota ştatının Minneapolis şəhərində anadan olmuşdur. O, Elizabet Valentin Devis və Corc Makkinnonun ilk övladıdır (ailədə bir qız və iki oğlan uşağı olub). Onun atası hüquqşünas, 1947–1949-cu illərdə konqresmen və 1969–1995-ci illərdə ABŞ-ın Kolumbiya Dairəsi Apellyasiya Məhkəməsinin hakimi olmuşdur. Ketrin anasının təhil aldığı Smit Kollecinin üçüncü nəsil məzunudur. Daha sonra Yel Universitetində magistr (MSL) və hüquqşünaslıq üzrə doktorluq (J.D.) dərəcəsi almışdır. 1987-ci ildə Yel Universitetində siyasi elmlər üzrə PhD müdafiə etmişdir. Təhsil aldığı müddətdə Milli Elm Fondunun (NSF) təqaüdçüsü olmuşdur.
Karyerası Makkinnon hazırda Miçiqan Universitetində hüquq professoru və Harvard Hüquq Məktəbində qonaq professor kimi dərs deyir. 2005 Fellow of Stanford's Center for Advanced Study in the Behavioral Sciences 2007-ci ildə Harvard Hüquq Məktəbində qonaq professoru kimi çalışmışdır. Bundan əlavə, Ketrin, NYU, Qərbi Avstraliya Universiteti, San Dieqo Universiteti, Qüdsdəki İvrit Universiteti, Kolumbiya Hüquq Məktəbi, Çikaqo Universiteti, Bazel Universiteti, Yel Hüquq Məktəbi, Osqood Hall Hüquq Məktəbi, UCLA Hüquq Məktəbi və Stenford Hüquq Məktəbində mühazirələr oxumuşdur.University of Michigan faculty biography ; accessed February 10, 2015.
İstinadlar
Biblioqrafiyası
Ədəbiyyat
Xarici keçidlər
Catharine A. MacKinnon. Harvard Law School. Retrieved September 4, 2020. Catharine A. MacKinnon. University of Michigan. Retrieved September 4, 2020. Catharine MacKinnon . Collaboratory for Digital Discourse and Culture at Virginia Tech. Retrieved September 4, 2020. It includes a bibliography of MacKinnon's works. "Collection concerning Catharine A. MacKinnon v. Society for Comparative Philosophy, 1985–1986". Schlesinger Library at Radcliffe Institute, Harvard University. Philip Galanes (March 17, 2018). "Catharine MacKinnon and Gretchen Carlson Have a Few Things to Say". The New York Times. Retrieved September 4, 2020. Amy Goodman (January 26, 1998). "Clinton Scandal: A Feminist Issue?" Democracy Now! "Papers of Catharine A. MacKinnon, 1946–2008 (inclusive), 1975–2005 (bulk): A Finding Aid". Schlesinger Library at Radcliffe Institute, Harvard University. Retrieved September 4, 2020. It includes MacKinnon's works. Ben Wattenberg (July 7, 1995). "A Conversation With Catherine MacKinnon". Think Tank with Ben Wattenberg.
Kateqoriya:Feminizm ilə əlaqəli insanlar Kateqoriya:ABŞ feministləri Kateqoriya:ABŞ vəkilləri Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:ABŞ politoloqları